Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:34

Yusif Hansen. Bir ölümün tarixçəsi


Bıçaq.
Bıçaq.

"Binaya daxil olandan sonra pilləkənləri qalxmaq istəyəndə yavaşca arxadan yaxınlaşdı. Bıçaqla bir zərbə endirdi. Sancdığı yerdən çıxartdı bıçağı. – Öl, kafir. – dedi. Sonra ikinci zərbə, üçüncü, dördüncü, beşinci …"

Yusif Hansen

İslamın bıçağı

(hekayə)

Rafiq Tağıya həsr olunur.

Yusif Hansen
Yusif Hansen

Hər gün olduğu kimi səhər tezdən evdən çıxdı. Artıq 6 aydan çox idi ki, işsiz idi. Döymədiyi qapı qalmamışdı. Amma dərdinə çarə tapa bilmirdi. Ağız açdığı hər yerdə “böhrandır, Avropa oyunlarından sonra gələrsən” deyərək yola salırdılar. Bu gün yenə bəlkə bəxti gətirər düşüncəsi ilə evdən çıxdı. Tikinti şirkətinin ofisində gözləmə otağında bir müddət gözlədikdən sonra kostyumda piyli biri onu qəbul etdi. Onun da dediyi bəhanə də digərlərindən fərqlənmədi.

Ofisdən çıxıb gedəcək yeri olmadığından parkda oturmağı qərara aldı. Son zamanlar heç işləri düz getmirdi. Əvvəl yaşlı anası, sonra isə balaca oğlu xəstənlənmişdi. Qara günü üçün yığdığı pulun çoxu buna xərclənmiş, yerdə qalanı isə son 6 ayda işsiz olduğu dövrdə heç xəbər tutmadan yox olub getmişdi.

Günəşli bir gün idi. Cibindən telefonunu çıxarıb saata baxmaq istədi. Lakin telefonun enerjisi bitmişdi. 10 ildən çoxdur ki, işlətdiyi dözümlü Nokia belə artıq enerjini normal saxlamırdı. Ətrafa baxdı və çoxlu insanların harasa tələsdiyinə fikr verdi. Artıq nahar vaxtının çatdığını düşündü. Yalnız o vaxt insanların sayı parklarda, küçələrdə çoxalardı. Nahar sözü iştahasını oyatdı. Möhkəm aclıq hiss etdi. Evdən çıxarkən yol xərcindən əlavə pul götürməzdi. Demək, aclığa axşama qədər dözmək lazım olacaqdı.

Buna da bax: 'Nəyimə gərək idi, bu xaraba Əlcəzair, bu qədirbilməz xalq?'

Parkda oturdu bir müddət. Sonra bekar durmaq əvəzinə evə piyada getmək qərarına gəldi. Həm metroya verəcəyi 20 qəpiyə qənaət edəcək, həm də 2 saatdan çox yolu piyada getməklə vaxtını səmərəli sərf edəcəkdi.

Yol boyu yalnız keçdiyi həyat yolu barədə düşünürdü. Məktəbi bitirib universitetə qəbul olduğunda necə də xoşbəxt idi. Axır ki əziyyətlərin bitdiyinə ümid edirdi. Həm oxuyub, həm işləyərək tələbəlik illərini yola vermişdi. Bəli, məhz yola vermişdi. Çünki bütün vaxtını işləməyə və oxumağa sərf etmişdi. Yaşıdları tələbəlik illərini əylənməyə xərcləyərkən o bundan imtina etmişdi. Həyatını yerbəyer etdikdən sonra əyləncənin zamanı gələcəyini beyninə yeritmişdi. Lakin düşündüyü kimi olmadı.

Əsgərlikdən qayıdandan sonra iş tapa bimədi. Məcbur qalıb yenidən fəhləliyə başladı. İndi isə adi fəhlə işi də tapa bilmirdi. Bütün bu fikrlər beynini tam zəbt etmişdi.

Evə çatdıqda həyat yoldaşı qapını açaraq gülərüzlə onu qarşıladı. Bir anlıq evliliklərini xatırladı. Uğursuz sevgidən sonra uzun müddət özünə gələ bilmirdi. Sevdiyi qızın onu varlı oğlana görə tərk etməsinin təsirindən çıxa bilmirdi.

İllər keçirdi və anası evlənməyi üçün hər gün deyinirdi. 30 yaşında razılığını alıb ona qız tapmışdı. Evilikləri uğurlu alınmışdı. Bütün çətinliklərə baxmayaraq həyat yoldaşı ona qarşı anlayışla yanaşır, üzünə gülür, fikr etməməsi üçün əlindən gələni edirdi.

İçəri keçib divanda oturdu. Televizorda inkişafdan, insanların yaxşı yaşamasından bəhs edən söhbəti eşidib əsəbiləşərək onu söndürdü. Kabel televiziyasına qoşulmağa imkanları olmadığından yerli kanallara baxmaqdan başqa seçimləri yox idi.

Evə yeni gəlməsinə baxmayaraq birdən darıxdı. Artıq aylarla bekar oturduğu evdən bezdi. Qapıya yaxınlaşıb ayaqqabısını geyinərkən mətbəxdən yoldaşının səsini eşitdi.

– Çörək yeyərdin, sonra gedərdin də. Səhər də heç nə yeməmisən.

– Aclığım yoxdur. Sonra. – dedi. Qapını açıb çölə çıxdı.

Həyətdə o tərəf bu tərəfə getdi. Nə etdiyini heç özü də bilmirdi. Yanından keçən məhlə uşaqları onu səsləyib saxladılar.

Buna da bax: Rüşvət almayan prokurorun arvadı...

– Nə əcəb səndən məhlədə göründün. Səndən çıxmayan iş. – biri dedi.

– Evdə sıxıldım, hava almağa çıxdım.

– Gəl bizlə. Çayxanaya gedirik. Oturarsan bizlə.

– Yox, yox. Sağ olun. Məni bilirsən də orda oturan deyiləm.

– Oturmasan da bir dəfə istisna et otur, söhbətləşək.

Çox isrardan sonra razılaşıb onlarla getdi. Çayxananın içərisi tüstü ilə dolmuşdu. Bərkdən danışan kim, domino, nərd oynayan kim. Boş yer tapıb oturdular.

Siqaret iyini heç sevmirdi. Yanında edilən söhbətlər isə ona maraqlı deyildi. Ürəyi sıxılırdı. Ətrafda oturan kişiləri müşahidə etməyə başladı. Belə çətin vaxtlarda bir çoxunun problemlərinin çox olması qaçılmaz idi. Lakin insanlar çətinlikləri saymır, yoldaşları ilə çayxanada oturar, deyib gülərdi. İnsanların belə laqeyid olması hər zaman ona qəribə gəlirdi.

– Niyə danışmırsan? – yanında oturan oğlan soruşdu.

Gülümsündü. Heç nə demədi.

– Xəbəriniz oldu Elşən də Suriyaya getdi…

Cümləni tamamlamağa imkan verməyib:

– İnsanların işi-gücü yoxdur. Sabah müharibə olsa hamı qaçıb gizlənəcək. Amma bunlara bax. Ailələrini atıb Suriyaya gedirlər. – dedi.

– Hamısı pulsuzluqdandır. Yaxşı pul verirlər. Onlar da pula görə. Yoxsa kimdir gedən. – məhlə uşağı bildirdi. – Bax orda oturan saqqallıya. – başı ilə pəncərə yanında oturan birini göstərdi. – Adı İslam.

Başını aşağı saldı. Düşünürdü. Anlamağa çalışırdı. Lakin insanları anlamaq hər zaman onun üçün çətin idi.

– İnsanların beynini dolduran İslam və onun ətrafındakılardır. Bir az pul ilə başlarını aldadıb ora göndərir. Özləri də onların üstündən böyük pullar qazanır. Ailələrinə baxacaqlarını söz verirlər. Amma öləndən sonra ailələrinə bir qəpik də vermirlər. – məhlə uşağı danışmağa davam edirdi.

Sifəti qızardı. Halının pisləşdiyini hiss elədi. – İndi gəlirəm, – əl-üzünü yumağa getmək üçün ayağa qalxaraq dedi. – Tualet hardadır? – deyə soruşdu.

Yerini öyrənib o istiqamətə gedirdi. Lakin gözlənilmədən pəncərəyə tərəf irəlilədi. İslamın oturduğu stola yaxınlaşdı. – İnsan nə qədər şərəfsiz ola bilər ki, sənin etdiyin işi görsün. – İslama baxaraq dedi.

İslam başını ona tərəf çevirib: – Nə qələt elədin? – qışqırdı. Əvvəlcə özünü itirdi. Dili dolaşa-dolaşa: – Sən necə adamsan ki, insanların beynini doldurub Suriyaya göndərirsən ölümə. Sənin … , – cümləni tamamlamağa imkan vermədən İslam: – Get işinlə məşğul ol. Sən qanmazsan belə şeyləri. Onlar Allah yolunda şəhid olur. – qışqırdı.

Əsəbləşdi. Daha da qızardı. – Sənin Allahın puldur yalnız. Vicdansız, şəxsiyyətsiz … , – sözünü tamamlamaya bilmədi. Sol tərəfdə oturan saqqallı qalxıb üzünə bir yumruq ilişdirdi. Yerə yıxıldı.

Buna da bax: Diktatordan qurtulmağın mümkünsüzlüyü

Özünə gəlib ayağa qalxmaq istəyəndə həmin saqqallı qarnına bir təpik vurdu. Növbətini vurmaq istəyəndə məhəllə uşaqları saqqallını tutub saxladılar. Onu qaldırıb çayxananın qapısına doğru getməsinə kömək etdilər. Arxada isə İslam: – Sən kafirsən. Sənin kimiləri ölümə layiqdir – deyə bağırırdı.

Binanın girişinə qədər ötürdülər onu. Oğlanlardan biri: – Eləsinə gərək baş qoşmayasan. İşin-gücün yox idi. – deyə məsləhət verirdi. Sağollaşdı. Pilləkənləri yavaş-yavaş yuxarı qalxdı.

* * *

Artıq 1 həftə ötməsinə baxmayaraq üzündəki göy hələ də getməmişdi. İş axtarmaq üçün səhər tezdən çıxmışdı. Lakin yenə də tapa bilməmişdi. Kefsiz və qanıqara binanın girişinə daxil oldu. Birinci mərtəbəyə qalxmaq istəyirdi ki, çiynində möhkəm ağrı hiss etdi.

Bir neçə gün izləyəndən sonra İslam həmin gün binanın girişində gizlənib onun gəlməsini gözləyirdi. Binaya daxil olandan sonra pilləkənləri qalxmaq istəyəndə yavaşca arxadan yaxınlaşdı. Bıçaqla bir zərbə endirdi. Sancdığı yerdən çıxartdı bıçağı. – Öl, kafir. – dedi. Sonra ikinci zərbə, üçüncü, dördüncü, beşinci …

Pilləkəndə qan içində üzü üstə uzanmışdı. Başını birtəhər arxaya çevirib qara paltarlı birinin girişdən çıxıb qaçdığını gördü. Çiynindən isti mayenin axdığını hiss edirdi. Artıq taqəti qalmamışdı. Gözlərini yumdu. Həmin o son anlarında anasını, həyat yoldaşını, oğlunu xatırladı. Yaşadığı çətin həyatı sanki film kimi canlandı gözündə. Və o gözlər bir daha açılmadı.

Həmin gün İslam öz bıçağı ilə bir ailəni kişisiz qoydu. Ananı oğulsuz, qadını ərsiz. Balaca uşağı isə atasız. Gözü yaşlı…


2015, aprel–noyabr

XS
SM
MD
LG