Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:44

Avropa Birliyi də Azərbaycanda 5 saytın bağlanmasını pislədi


Avropa Parlamentinin binası
Avropa Parlamentinin binası

Avropa Birliyinin sözçüsü Maja Kocijancic Azərbaycan hakimiyyətinin AzadlıqRadiosu-nun Azərbaycan xidməti də daxil olmaqla 5 internet saytını bağlamasını pisləyib.

O mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir.

Qeyd edək ki, Freedom House təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib.

Robert Herman
Robert Herman

“Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”,təşkilatın beynəlxakq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib .

Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə

AzadlıqRadisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.

Buna da bax:"Məhkəmə müstəqil saytları blokladı"

XS
SM
MD
LG