Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

İntiqam Əliyev: 'İndi hökumət iki yoldan birini seçməlidir' [video]


Avropa Parlamentinin qətnaməsi Azərbaycanda nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:14:37 0:00

Avropa Parlamentinin qətnaməsi Azərbaycanda nəyi dəyişəcək? [A-Live]

Avropa Parlamenti Azərbaycanla bağlı daha bir qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Azərbaycanda gözqorxutma, repressiyalar güclənir. Həbsxanalarda fiziki zorakılıq, işgəncə, jurnalistlərin, QHT rəhbərlərinin, müxalifət nümayəndələrinin kriminal ittihamla təqib olunması artır. Hökumətdən hələ ki bu qətnaməyə münasibət yoxdur.

Qətnamənin lehinə səs verən Avropa parlamentinin Niderlanddan olan üzvü Kati Piri bu sənədin qəbulunu olduqca önəmli bir hadisə sayır:

Buna da bax:​ Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi

Kati Piri
Kati Piri

“Bu qətnamə Azərbaycanda demokratiya və azadlıq uğrunda mübarizə aparanlar üçün olduqca önəmli bir sənəddir. Ola bilər ki, bu sahədə hansısa bir dəyişiklik olmasın. Bizim keçmişdə də belə təcrübələrimiz olub. Amma bu sənəd qəbul da olunmaya bilərdi. Biz Avropa Şurasında korrupsiya qalmaqalını xatırlayırıq. Ən azından bu sənədin qəbulu onu göstərir ki, Qərb ölkələri azadlıq uğrunda mübarizə aparan jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin yanındadır”.

Kati Piri bu sənədin Azərbaycana o qədər çox təsiri olmasa da Gürcüstana ciddi təsiri olacağı fikrindədir. O, qətnamədə xüsusi bir paraqrafın Gürcüstanda Əfqan Muxtarlı olayının araşdırılmasına ayrıldığını vurğulayır.

Buna da bax: 16 ölkənin jurnalistləri Əfqan Muxtarlını müdafiə edir

Mayın 15-də Avropa Parlamenti jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə layihəsini qəbul edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də düşünür ki, bu qətnamənin qəbulu, özəlliklə, indiki durumda olduqca önəmlidir:

Anar Məmmədli
Anar Məmmədli

“Gələcəkdə Azərbaycan hakimiyyəti bütün bu tənqidlərdən, qınaqlardan nəticə çıxarmayanda sanksiyalar üçün hüquqi baza yaranmış olur. Bu baxımdan da bu qətnamələrin əhəmiyyəti olduqca böyükdür. Bu cür bir neçə qətnamə icra olunmasa, ölkələr hansısa addımlar atmayanda, çağırışlara məhəl qoymayanda siyasi sanksiyalar məsələsi gündəmə gələ bilər”.

Buna da bax:​ Avropa Parlamenti elçilərinin Bakı görüşləri [yenilənib]

Avropa Parlamenti 2015-ci ilin sentyabrında da Azərbaycana qarşı qətnaməsi olmuşdu. Bu qətnamənin qəbulundan bir neçə gün sonra Azərbaycan parlamenti Avropa İttifaqı Şərq Tərəfdaşlığına daxil ölkələrin Parlament Assambleyası – Avronestdən çıxmaq qərarını açıqladı. 2017-ci ilin martında isə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü islahedici tədbirlər planını yerinə yetirmədiyindən Azərbaycanın bu qurumda fəaliyyətinin dayandırılması haqda qərar qəbul etdi. Bu qərardan cəmi bir gün sonra Azərbaycan tərəfi bu təşkilatı tərk etdiyini açıqladı.

Bəs, Avropa Parlamentinin bugünkü qətnaməsinin hansı təsir imkanları var? Hüquq müdafiəçisi İntiqam Əliyev bundan öncə qəbul ABŞ Dövlət Departamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədlərini yada salır. Bu baxımdan onun Avropa Parlamentinin bugünkü qətnaməsindən gözləntisi elə də böyük deyil. Lakin İntiqam Əliyev düşünür ki, indi Azərbaycan hökuməti iki çətin seçim qarşısındadır:

Buna da bax: Beynəlxalq təşkilatların hesabatları Azərbaycan üçün "kağız parçasıdırmı"?

“Hökumət iki yoldan birini seçməlidir. Ya qətnamələrdə deyildiyi kimi islahatlara getməlidir, ya da ölkəni “əz, vur, tut” siyasəti ilə idarəetmə yolunu davam etməlidir. Bunlardan birincisi təhlükəli gəlir hökumətə. Çünki islahatlar, məhkəmələrin, medianın müstəqilliyi, azad seçkilər, siyasi plüralizm bu sistemin məhvi deməkdir. Hökumət bunu anlayır. Eyni zamanda “vur, tut, əz” siyasətini də aparmaq əvvəlki kimi deyil, çətinləşir. Çünki pul yoxdur. Dubinka, zopa pul istəyir”.

Qətnamədə Azərbaycan hökuməti müxalifət fəalı Mehman Qələndərovun həbsdə müəmmalı ölümünün araşdırılması, QHT-lərin dondurulmuş bank hesablarının açılması, həbsdə olan jurnalistlərin və fəalların azadlığa çıxarılmasına çağırılır.

Buna da bax:​ ABŞ bloqqerin ölümünü araşdırmağa çağırır

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, Ən düzgün xəbəri hansı media orqanından alırsınız? Siz də bu sualı şərhlər bölümündə cavablaya bilərsiz.

Ən doğru məlumatı, sizcə, hansı media orqanı verir? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

AzadlıqRadiosu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova Avropa Parlamentinin qətnaməsinə münasibət bildirmək üçün müraciət edib. O sualı eşitdikdən sonra “bir də bu telefon nömrəsinə zəng etməyin” deyərək, dəstəyi asıb.

Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov 2015-ci ildə Azərbaycanla bağlı qətnaməsini təxribat adlandırmışdı. Azərbaycan parlamentinin keçirdiyi növbədənkənar iclasında bu məsələ müzakirə olunub, Avropanın ünvanına ciddi tənqidlər səslənmişdi.

Buna da bax:​ Səməd Seyidov: 'Avropa Şurası bu gün gərgin dövr yaşayır'

Avropa Parlamentinin yeni qətnaməsində Avropa Birliyi və Azərbaycan arasında yeni əməkdaşlıqla bağlı razılaşmanı yada salınır. Vurğulanır ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı dövlət idarəçiliyi, insan haqları və fundamental azadlıqlar - yeni razılaşmanın kökündə dayanır.

XS
SM
MD
LG