Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:14

Deputat: 'Mənim vitse-prezidentin işinə qiymət verməyə haqqım yoxdur'


Mehriban Əliyeva və İlham Əliyev Formula-1-in açılışında. 25 iyun 2017
Mehriban Əliyeva və İlham Əliyev Formula-1-in açılışında. 25 iyun 2017

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasından təxminən yarım ilə yaxın vaxt ötür. Bu müddətdə onun fəaliyyəti nə ilə seçildi?

Deputat: “Ölkənin vitse-prezidentinin işinə cənab prezident qiymət verir”

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki üzvü Ağacan Əbiyev AzadlıqRadiosu-nun sualına cavab olaraq deyir ki, bu cür suallara telefonda cavab vermir:

“Bir onu deyə bilərəm ki, Mehriban xanımın bizim ölkənin inkişafında, idmanımızın, mədəniyyətimizin inkişafında və dünyada tanınmasında apardığı işlər əvəzsizdir”.

Buna da bax:​ Bəxtiyar Sadıqov: 'Mehriban xanımın reytinqi çox yüksəkdir'

Ağacan Əbiyev
Ağacan Əbiyev

Deputat “Bəs xanım Əliyeva birinci vitse-prezident kimi hansı diqqətçəkən addımlarla yadda qaldı” sualına belə cavab verir:

“Hər şey elə burdan başlayır da. Bu işləri gözəl aparıbsa, o işləri də aparacaq. Bir də deyirəm, bu məsələlər haqqında telefonla müsahibə vermirlər. Bir də, mənim haqqım yoxdur ki, ölkənin vitse-prezidentinin işinə qiymət verim. Ölkənin vitse-prezidentinin işinə cənab prezident qiymət verir. Siz də gördünüz ki, İslam Oyunlarından sonra cənab prezident onun işinə necə qiymət verdi. Bu məsələ müzakirə olunmur”.

Buna da bax:​ Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək...'

Ağacan Əbiyev: "Ölkənin vitse-prezidentinin işinə cənab prezident qiymət verir"
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid

Elmira Axundova: “Hələ yeni başlayır, hələ komanda yığır”

“Mehriban Əliyevanın görəcəyi işlər hələ qabaqdadır. Allah qoysa, görəcəyik”, – parlamentdə bitərəf deputat kimi təmsil olunan, ancaq jurnalist kimi əliyevlərə simpatiyası ilə seçilən Elmira Axundova belə söyləyir. “Hələ başlayır, hələ komanda yığır, köməkçilərini yığır”, - deyə deputat əlavə edir.

Elmira Axundova
Elmira Axundova

AzadlıqRadiosu-nun “Mehriban Əliyevadan hansı sahədə qəti addımlar gözləyirsiniz” sualına cavab olaraq Elmira Axundova deyir: “Bilmirəm... O, sosial sahəyə, humanitar sahəyə önəm verir, bu sahədə faydalı olacaq. Hələ ki bizdə sosial problemlər çoxdur, o bitməyincə başqa problemlərə girişmək düzgün deyil”.

Elmira Axundova: “Hələ yeni başlayır, hələ komanda yığır”
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid

Bir məqamı qeyd etmək yerinə düşər ki, deputatlar birinci vitse-prezident haqqında çox ehtiyatla, sözləri seçərək danışırlar, buna görə də lakonik olmağa çalışırlar.

Buna da bax:​ Qərbdən Əliyevanın təyinatına nə üçün müsbət reaksiyalar gəlmir? [müsahibə]

Əli Kərimli: “Hələ aparat formalaşdırmaqdan danışırlar?”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə hesab edir ki, Mehriban Əliyevanın özünü birinci vitse-prezident kimi göstərə bilməsi üçün yetərincə vaxtı olsa da, o, bu müddətdə uğurları ilə yadda qalmayıb.

Əli Kərimli
Əli Kərimli

Partiya sədri Xalq Cəbhəsinin cəmi bir il hakimiyyətdə olduğunu, amma bu müddətdə yetərincə iş görə bildiyini iddia edir: “Təsəvvür edin, işğal edilmiş torpaqların 40 faizi azad edildi, ordu quruculuğunda uğurlar qazanıldı, milli valyuta dövriyyəyə buraxıldı, sərhəd, gömrük orqanları formalaşdı, təhsil, məhkəmə islahatı aparıldı, 135 iqtisadi qanun qəbul edildi. Bunlar bir ildə görülüb. 24 ildir hələ də o birillik hakimiyyətin dalınca danışırlar. Mehriban Əliyevanın rəsmi hakimiyyətdə (İlham Əliyev etiraf etmişdi ki, bu sərəncamla vəziyyəti sadəcə rəsmiləşdirib, Mehriban Əliyeva da uzun müddətdir İlham Əliyev kimi hakimiyyəti idarə edir) olduğu müddət Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrün yarısı qədərdir. Rəqibdən məsuliyyət tələb edənlər özləri hələ aparat formalaşdırmaqdan danışırlar?”

Əli Kərimli: "Bu addım hər hansı situasiyada hakimiyyətin ötürülməsini asanlaşdırmaq məqsədi daşıyırdı”
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
Direct-ə keçid

Buna da bax:​ Mehriban Əliyeva işadamlarını xeyriyyəçiliyə çağırıb, bəs onlar? [video]

Əli Kərimli deyir ki, onların əvvəlcədən bu təyinatla bağlı “böyük gözləntiləri” olmayıb. “Bu addım sadəcə, ailənin hakimiyyətdəki rolunu gücləndirmək və hər hansı situasiyada hakimiyyətin ötürülməsini asanlaşdırmaq məqsədi daşıyırdı”, - AXCP sədri izah edir.

Mehriban Əliyeva və xarici siyasət, enerji, hərbi məsələlər

Şahin Hacıyev
Şahin Hacıyev

Müxalifət partiyası liderinin fikirlərini "Turan” İA-nın redaktoru Şahin Hacıyev də bölüşür, o da Mehriban Əliyevanın hakimiyyətdə olduğu müddətdə fəaliyyəti ilə seçilmədiyini, dəyişikliklər baş vermədiyini düşünür: “Dəyişiklik səlahiyyətlərin bölgüsündə, yeni administrativ strukturların yaradılmasında, vitse-prezidentin səlahiyyətlərinin artırılmasında baş verir. Prinsipial dəyişikliksə müşahidə olunmur”.

Şahin Hacıyev: "Prinsipial dəyişiklik müşahidə olunmur"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00
Direct-ə keçid

Buna da bax:​ M. Əliyeva: ‘400 mindən çox məcburi köçkün işlə təmin edilib’

Şahin Hacıyevin qənaətincə, siyasi hakimiyyətin mahiyyəti dəyişmədən hər hansı dəyişikliyə ümid etmək olmaz. O, Mehriban Əliyevanın məşğul olduğu sahələr – idman, sənət, təhsil istiqamətində aktivliyinin artacağını gözləyir, tutalım, xarici siyasətdə, enerji, hərbi məsələlərdə təsiri barədə danışmağın mümkün olmadığını qeyd edir.

Mehriban Əliyeva ölkə başçısının həyat yoldaşıdır. Bu il fevralın 21-də birinci vitse-prezident təyin olunub. Bu təyinata ötən ilin sentyabrında keçirilən referendumdan sonra Konstitusiyada edilən dəyişikliklər imkan verib.

XS
SM
MD
LG