Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:32

'Hökumət olub-qalan QHT-ləri də aradan götürmək istəyir' [video]


Rüşvətxorluqla mübarizə aparan təşkilat bağlana bilər, niyə?
Gözlə

No media source currently available

0:00 0:09:43 0:00

Rüşvətxorluqla mübarizə aparan təşkilat bağlana bilər, niyə?

Azərbaycanda daha bir qeyri-hökumət təşkilatı fəaliyyətini məhdudlaşdırır. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə ictimai birliyi avqustun 7-də yaydığı açıqlamada bildirir ki, Gəncədə, Qubada hüquqi yardım göstərən mərkəzləri fəaliyyətini dayandırır.

Bakıdakı ofisi isə qarşıdakı iki ayda könüllü əsasla fəaliyyətini davam etdirəcək və məhdud miqyasda hüquqi yardım göstərəcək.

Təşkilat səbəb kimi bunu göstərir ki, Ədliyyə nazirliyində onun layihəsinin qeydiyyatı yenilənməyib.

Buna da bax:​ Azərbaycanın birinci ailəsini yenidən korrupsiyada suçlayıblar [video]

Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

“Şəffaflıq Azərbaycan”ın rəhbəri Rəna Səfərəliyeva bu mövzuda əlavə suallarımıza cavab vermək istəmədi. Amma qurum avqustun 7-də yaydığı rəsmi məlumatda bildirir ki, korrupsiya halları, məmur özbaşınalığı ilə bağlı, son beş ildə 8080 nəfərə pulsuz yardım göstəriblər. Amma yeni layihələrinin qeydiyyatı mümkün olmadığından bu xidmətləri artıq dayandırmağa məcburdurlar.

Ədliyyə nazirliyinin mətbuat xidmətindən də bu mövzuda suallara cavab almaq mümkün olmadı.

Buna da bax: Azərbaycan korrupsiyada Cibuti, Sierra Leone, Laos və Hondurasla bir sırada

Hüquqşünas Səməd Rəhimli deyir ki, 2014-cü ildən sonra Azərbaycanda xarici donorlardan qrant alınması barədə qanunvericilik çətinləşdirildi - hansı qurumların qrant verəcəyi barədə qərarı Ədliyyə və maliyyə nazirlikləri verməyə başladı:

"Əsas sadələşdirmə o olardı ki, qrantın qeydiyyata alınması qrantların qeydiyyatı əvvəllər olduğu kimi avtomatik olsun. Hazırda isə qanunvericilik imkan verir ki, Ədliyyə və ya Maliyyə nazirliyi hansısa ümumiləşdirilmiş əsasla imtina versin".

Anar Məmmədli
Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın tədrisi mərkəzinin sədri Anar Məmmədli deyir ki, hazırkı qanunvericilik demək olar ki, Azərbaycanda yerli QHT-lərin xarici donorlardan yeni qrantlar almasının qeyri-mümkün edib. İnsan haqları və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lər öz fəaliyyətləri üçün kənardan maliyyə yardımı ala bilmirlər, onlar bəzi hallarda xaricdə hansısa platformalarda kiçik layihələrə qoşulurlar, bu da səmərəliliyi aşağı salır.

Buna da bax:​ QHT Koalisiyası hökumətin MSŞT-yə qayıtmasını istəyir

Onun sözlərinə görə, ölkə daxilində bəzi layihələr həyata keçirilsə də, bunlar insan haqları sahəsinə aid olmur.

Həyata keçirilən azsaylı layihələrin səmərəliliyinə gəldikdə, Anar Məmmədli deyir ki, buna nəzarət etmək çətindir, çünki layihələrlə bağlı demək olar ki, ictimai müzakirələr, konfransların keçirilməsi qeyri-mümkün olub:

"Ola bilsin ki, müəyyən sosial layihələr həyata keçirilir, amma mediada bunların işıqlandırılması zəifdir, ictimai müzakirələr keçirilmir, ona görə də səmərəlilik barədə bir söz demək çətindir".

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

Fəaliyyətini dayandırmalı olmuş Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyir ki, hökumət olub-qalan qeyri-hökumət təşkilatlarını da aradan götürmək istəyir - hətta indiyə qədər çox ehtiyatla işləyən QHT-lərin, o cümlədən “Şəffaflıq Azərbaycanın” da işinə imkan vermək istəmir.

Buna da bax:​ Deputat: 'QHT sektorunda problem yoxdur'

Baş Prokurorluq 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə cinayət işi açıb. Cinayət işi həmin təşkilatların fəaliyyətlərində qanun pozuntularının aşkar edilməsi ilə izah olunurdu.

Buna da bax:

Hüquqlarınızı ən çox hansı dövlət qurumları pozur?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

XS
SM
MD
LG