Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:37

Əhməd bəy Ağaoğlunun nəvəsi dünyadan köçüb


Əhməd bəy Ağaoğlunun İstanbulda yaşayan nəvəsi Təkdaş Ağaoğlu
Əhməd bəy Ağaoğlunun İstanbulda yaşayan nəvəsi Təkdaş Ağaoğlu

Azərbaycanın böyük fikir adamı Əhməd bəy Ağaoğlunun İstanbulda yaşayan nəvəsi Təkdaş Ağaoğlu vəfat edib.

Türkiyə mediasının yaydığı xəbərə görə, Tekdaş Ağaoğlu Şişlidəki Amerikan xəstəxanasında 84 yaşında dünyayla vidalaşıb.

Mərhum Əhməd bəyin oğlu Səməd bəyin övladı idi.

Əhməd bəy Ağaoğlu Azərbaycanın ilk mühacir jurnalistlərindən olub.

Hələ cümhuriyyət qurulmazdan çox əvvəl (1908) təzyiqlər səbəbindən Bakıdan köçməyə məcbur qalıb.

Buna da bax: Pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək

1934-cü ildə İstanbulda doğulan Tekdaş Ağaoğlu Oxford universitetinin hüquq fakültəsini bitirib. Ancaq Türkiyədə yazıçı və tərcüməçi kimi məşhurlaşıb.

Mərhum solçu fikirləri ilə tanınıb. Rus ədəbiyyatını (Dostoyevski, Şolohov, Remarque, Charles Dickens) və marksist əsərləri (Marx və Engels) türkcəyə çevirən Ağaoğlu 2 dəfə həbsə də düşüb. İsveçrədə sürgün həyatı yaşayıb.

Dövrün bir çox qəzetlərində yazılar yazıb. Hətta BBC radiosunda da çalışıb.

Onun atası Səməd bəy Ağaoğlu (1909-1982) da yazıçı, publisist, Türkiyə Böyük Millət Məclisinin üzvü, tanınmış dövlət adamlarından olub.

XS
SM
MD
LG