Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 06:45

Qış Olimpiya oyunlarının açılış mərasimi keçirilir


Açılış mərasimi
Açılış mərasimi

Fevralın 9-da Cənubi Koreyanın Pxençan şəhərində 23-cü Qış Olimpiya oyunlarının açılış mərasimi başlanıb. Mərasimi 35 min tamaşaçı izləyir, onların arasında dövlət başçıları, baş nazirlər var.

Açılış mərasimi iki saat çəkəcək.

Mərasimdən bir neçə saat öncə İdman üzrə Arbitrasiya Məhkəməsi 45 rusiyalı atletin oyunlara buraxılmaması barədə Beynəlxalq Olimpiya Komitəsinin qərarını qüvvədə saxlayıb.

Olimpiya oyunlarında Şimali Koreya atletləri Cənubi Koreyayla birgə komanda şəklində iştirak edəcəklər. Onlar son 10 ildə ilk dəfə olaraq yarımadanın bayrağı altında birlikdə addımlayacaqlar.

***

Ali idman məhkəməsi Rusiyadan 45 atletin və iki məşqçinin şikayətini təmin etməyib. Bu da onların bu gün Cənubi Koreyanın Pxençan şəhərində başlanan Qış Olimpiya oyunlarına buraxılmaması deməkdir.

Rusiyalı atletlər və məşqçilərin şikayəti rədd olunub”, – İdman üzrə Arbitrasiya Məhkəməsi (CAS) fevralın 9-da yaydığı bəyanatda bildirir.

CAS-ın mövqeyinə görə, atletlər özlərinin yarışlardan kənarlaşdırılması prosesinin “ayrı-seçkilik yaratdığını, qanunsuz və ədalətsiz” olduğunu sübut edə bilməyiblər.

Bir neçə saatdan sonra Olimpiya oyunlarının açılış mərasimi keçiriləcək və tədbir fevralın 25-dək davam edəcək.

“DAHA YAXŞI QƏRAR GÖZLƏYİRDİK”

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dekabrda Rusiyanın Qış Olimpiadasında iştirakını qadağan edib, buna əsas kimi 2014-cü il Soçi oyunlarında Rusiya dövlətinin Olimpiya dopinq sistemiylə “misli görünməmiş həddə sistematik manipulyasiyası” göstərilib.

*** Buna da bax: Olimpiadada iranlılara da pulsuz smartfon veriləcək

Rusiya ittihamları rədd edir.

Amma BOK Rusiyadan 169 atleti oyunlara buraxıb.

CAS-ın bugünkü qərarını BOK alqışlayıb.

Kremldən isə hələlik, şərh gəlməyib. Sözçü Dmitry Peskov qərardan öncə demişdi ki, “CAS-ın qərarlarına sayqıyla yanaşılmalı və icra olunmalıdır”.

CAS daha öncə 28 atletin şikayətini təmin edib, onlara qarşı yetərincə sübut olmadığını bildirir. Amma BOK onlara yarışlara dəvət göndərməkdən imtina edərək sübutun ortalıqda olduğunu bildirib, məhkəməni tənqid edib.

Rusiyanın Bobsley Federasiyasının rəhbəri Sergei Parkhomenko TASS xəbər agentliyinə deyib ki, “CAS-ın qərarından məyusuq, bunda siyasi motivasiya görürük. Daha yaxşı qərar gözləyirdik, amma bunu çıxardılar”.

XS
SM
MD
LG