Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:38

‘Oğlumun gələcəyini ləkələməyin...’


Məhbus Orxan Baxışlı və anası Kəmalə Rəhimli
Məhbus Orxan Baxışlı və anası Kəmalə Rəhimli

AXCP üzvü Orxan Baxışlının anası Kəmalə Rəhimli prezidentə müraciətində belə yazıb

"23 yaşlı günahsız gəncin ömründən illərinin oğurlanmasına imkan verməyin. Allah da bunu götürməz...", - AXCP üzvü Orxan Baxışlının anası Kəmalə Rəhimli prezidentə müraciətində belə yazıb.

Həbsdə olan gənc fəalın anası iyunun 30-da mətbuat konfransı keçirərək oğluyla bağlı narahatlıqlarını bölüşüb. Orxanın təqsirsiz olduğunu, ictimai-siyasi fəaliyyətinə, tənqidi fikirlərinə görə şərləndiyini söyləyən K.Rəhimli narkotik ittihamının da saxta olduğunu vurğulayıb. O,oğlunun nəinki narkotik qəbul etdiyini, heç siqaret çəkmədiyini deyir:

Buna da bax: Gənc cəbhəçinin 4 ay həbs cəzası aldığı deyilir

"Mən üzüağ, alnıaçıq deyirəm, o narkotikin övladıma heç bir aidiyyəti yoxdur. Məhz narkotiklə şərlənməsi, valideyn olaraq, daha çox ağrıdır. Axı bu gəncin gələcəyi var, onun gələcəyi ləkələnir. Halbuki, Orxan tələbə idi, həbs olunmasaydı, universiteti bitirəcəkdi".

Milli Şuranın mitinqi, Bakı
Milli Şuranın mitinqi, Bakı

“Dəqiq heç nə demirlər”

Milli Şuranın 30 mart mitinqində iştirakına görə O. Baxışlının 30 sutka inzibati həbs cəzası aldığını xatırladan ana cəzasınını çəkib çıxandan sonra oğlunun mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü münasibətilə mərhum jurnalist Elmar Hüseynovun məzarı başındakı çıxışında hökumətin ünvanına tənqidi fikirlər səsləndirdiyini də söyləyir. K.Rəhimlinin fikrincə, oğlunu həmin çıxışa görə cəzalandırıblar:

"Orxanı təcridxanadan Yasamal Rayon Polis İdarəsinə gətiriblər. Niyəsi haqda dəqiq heç nə demirlər. Amma bizdə olan məlumata görə, istintaqı yekunlaşdırmaq istəyirlər".

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Zəfər Əhmədli bildirib ki, Orxan mayın 3-dəki tədbirdən öncə həbsdə müəmmalı şəkildə dünyasını dəyişmiş Mehman Qələndərovun anım mərasimində də sərt çıxış etmişdi: "Bundan əlavə, fəallardan birinin təkbaşına keçirdiyi "Diktatoru tanıdaq" aksiyasını videoya çəkən də Orxan olub. Bütün bunlara görə onu narkotiklə şərləyib cəzalandırdılar. Həbs olunarkən ona deyilib ki, narkotiki şəxsi istifadədən ötrü aldığını etiraf etsə, ona 234-cü maddənin birinci bəndini – 3 ilədək həbs cəzasını verəcəklər.O, təbii ki, imtina edib. Orxana 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, saxlama) maddəsiylə ittiham verilib. Bu maddədə isə 5 ildən 12 ilədək həbs cəzası var".

Zəfər Əhmədli, 29 iyun 2018
Zəfər Əhmədli, 29 iyun 2018

​​​Beynəlxalq ictimaiyyətə də üz tutulub

Sonda K.Rəhimli ölkə prezidenti ilə yanaşı, vitse-prezident Mehriban Əliyevaya, yerli və beynəlxalq ictimaiyyətə üz tutaraq, oğlunun azadlığa buraxılması üçün kömək istəyib.

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını deyir.

XS
SM
MD
LG