Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

“The New York Times”ın naşiri Trump-a nə deyib


Donald Trump
Donald Trump

“The New York Times”ın naşiri deyir ki, ABŞ prezidenti Donald Trump-la “mətbuata qarşı dərin narahatlıq yaradan ritorikası”ndan danışıb, deyib ki, “bu təkcə bölücü deyil, getdikcə artan təhlükə”dir. Tərəflər bu ay Ağ evdə goruşüblər.

Trump dünən – iyulun 29-da bu görüş haqda Twitter-də yazıb. O, A.G. Sulzberger ilə “xeyli vaxt ərzində medianın yaydığı Saxta Xəbərləri, həmin xəbərlərin necə dərc olunduğunu” müzakirə ediblər. “Xalqın Düşməni. Kədərlidir!” o yazıb.

“XALQIN DÜŞMƏNİ”

Trump “xalqın düşməni” ifadəsini bir çox jurnalistlərlə bağlı işlədir. Onun sözlərinə görə, iyulun 20-də keçirilmiş görüş “çox yaxşı və maraqlı” keçib.

Sulzberger yanvarın 1-dən atasının yerinə keçib, onun sözlərinə görə, görüşü qəbul etməkdə əsas məqsədi “prezidentin artan narahatedici antipres ritorikasıyla bağlı narahatlıqları səsləndirmək” olub.

“Prezidentə birbaşa dedim ki, onun dilinin təkcə bölücü deyil, həm də getdikcə daha təhlükəli şəkil aldığını düşünürəm”, – o söyləyib.

Sulzberger-in sözlərinə görə, o, Trump-a deyib ki, “saxta xəbər” ifadəsi təkcə yalan və ziyanlı deyil, “Mən daha çox jurnalistə ‘xalqın düşməni’ adının vurulmasından narahatam. Xəbərdarlıq elədim ki, bu qızışdırıcı dil jurnalistlərə təhdidlərin artmasına səbəb olur, zorakılığa aparır”.

Ağ evin qarşısında etiraz aksiyası, 29 iyul, 2018-ci il
Ağ evin qarşısında etiraz aksiyası, 29 iyul, 2018-ci il

Sulzberger-in sözlərinə görə, Trump-a deyib ki, digər ölkə liderləri jurnalistlərə hücumları əsaslandırmaqdan ötrü onun ritorikasını mənimsəyiblət. Görüşdə onu qəzetin redaktoru James Bennet-in müşayiət edib.

Sulzberger Trump-a deyib ki, Times-a hücumlarını yumşaltmasını xahiş etmir. “Əvəzində, onu jurnalistikaya geniş hücumları nəzərdən keçirməyə çağırdım, bunun ölkəmizə təhlükəli və ziyanlı olmasına inanıram”, – o deyib.

TRUMP-IN HƏDƏFLƏRİ

Trump Times-ı oxuyur və onun jurnalistlərinə müsahibələr verir, ancaq vaxtaşırı onu “zəifləyən New York Times” adlandırır. Times rəhbərliyi mayda bildirib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə ilk rübün gəlirlərində 3,8 faizlik artım olub.

Prezident Trump xəbər mediasına ümumilikdə “xalqın düşməni” adını verib, o, jurnalistləri “saxta xəbər” yaymaqda suçlayır.

Sulzberger-lə görüş barədə tvitindən bir neçə saat sonra Trump yenə də mediaya hücuma keçib, yazıb ki, ölkənin “ölməkdə olan qəzet industriyasında Trump-a nifrət edənlər tərəfindən satılmasına” imkan verməyəcək.

Trump iddia edib ki, media onun administrasiyası barədə 90 faiz mənfi yazır və sonucda mediaya ictimai inam “indiyədək ən aşağı hədd”ə düşüb. O, həmişəki kimi, Times ilə “The Washington Post”u hədəf göstərib, deyib ki, “Onlar heç vaxt dəyişməyəcəklər!”

Trump ötən həftə Missuri ştatında müharibə veteranları ilə görüşündə zalın arxa hissəsində dayanmış jurnalistləri göstərərək deyib: “Bu adamların tör-töküntünsünə, saxta xəbərlərə inanmayın”.

Sulzberger Trump-ın dəvətini qəbul etməsini qəzetin tarixən prezident administrasiyası ilə görüşlərə getməsiylə izah edib. Qəzet təmsilçiləri onların yazdıqlarından əndişələnən digər ictimai xadimlərlə də görüşlər keçirirlər.

O, Trump-ın görüş barədə xəbər yaymasından sonra bu barədə açıqlama vermək qərarına gəldiyini deyib. Ağ ev görüş haqda informasiyanın yayılmasını istəyibmiş.

XS
SM
MD
LG