Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Instagram qaydaları sərtləşdirir


Instagram postları
Instagram postları

Instagram sosial şəbəkəsi fevralın 7-də elan edib ki, özünə xəsarəti göstərən təsvirlərlə bağlı tədbirlər görüləcək.

Bundan öncə Britaniyanın Səhiyyə naziri Matt Hancock sosial media şirkətləri ilə görüşüb, yeniyetmələrin zehni sağlamlığının qorunması üçün daha çox iş görülməsini müzakirə edib.

Britaniyalı yeniyetmə Molly Russell 2017-ci ildə yataq otağında ölü tapılıb. 14 yaşlının öz həyatına qıydığı, Instagram-da isə depressiya və intiharla bağlı hesabları daha çox izlədiyi bəlli olub.

“Uşaqları Instagram-da narahatedici kontentdən qorumaqdan ötrü qətiyyətli addımların atıldığını görmək həvəsləndiricidir”, – qızın atası Ian Russell deyib.

Instagram-ın özünə xəsarət yetirməklə bağlı kontent qaydalarına dəyişiklikdən öncə bütün dünyadan ekspertlər, akademiklər gənclər, zehni sağlamlıq və intiharla əlaqədar hərtərəfli müzakirə aparıblar. Bunu sosial şəbəkənin baş icraedici rəsmisi Adam Mosseri deyib.

İllüstrativ foto
İllüstrativ foto

“TƏCRİD ETMƏK İSTƏYİRİK”

“Özünə xəsarət yetirildiyini, məsələn, müəyyən yerin kəsildiyi göstərən təsvirlərin Instagram-da yerləşdirilməsinə icazə verməyəcəyik”, – Mosseri onlayn postunda yazıb.

Instagram heç vaxt intiharı, yaxud özünə xəsarəti təşviq edən postlara icazə verməyib.

Facebook sosial şəbəkəsinə məxsus olan bu xidmət hazırda özünə xəsarət yetirən adamlara bağlı qeyri-qrafik kontenti, məsələn, sağalmış çapıq şəkillərini belə axtarışdan, həştəq, tövsiyə olunan kontentdən silir.

“Bu cür kontenti Instagram-dan tamamilə silmirik, çünki stress keçirən, özünəxəsarət kontentini kömək almaq məqsədilə yerləşdirən adamları da təcrid etmək istəmirik”, – Mosseri bildirib.

Instagram sözügedən kontenti yerləşdirənlər üçün məsləhət, yaxud başqa resurslar açmağı da planlayır.

“Müzakirələr zamanı ekspertlər vurğuladılar ki, gənclərin özünəxəsarət daxil olmaqla təcrübələri barədə danışmağa onlayn təhlükəsiz məkanın yaradılması vacibdir”, – Mosseri vurğulayıb.

Rəsminin sözlərinə görə, Instagram həm özünəxəsarət və intihar təsvirlərini məhv etməyi, həm də dəstəkləyici icma kimi qalmağı hədəfləyir.

Mosseri də dünən Facebook, Google, Snapchat, Twitter və digər şirkətlərin təmsilçiləri ilə Hancock-la görüşə qatılıb.

“Vacib olan odur ki, uşaqlar bu saytlarda təhlükəsiz olsunlar. Bu gün əldə etdiyimiz irəliləyiş yaxşıdır, amma daha çox iş görülməlidir”, – Hancock vurğulayıb.

“Bu gün görüşdüyüm şirkətlər problem həll etmək istədiklərini, bu yöndə bizimlə işləmək istədiklərini dedilər”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG