Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:28

‘İqbal Ağazadənin 160 min manatını qaytarmışam’


Ümid partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə dəymiş 160 minlik ziyan ödənilib. Sabiq deputatın şikayəti əsasında həbs olunan Sərməs Tağıyev məhkəmədə bu barədə danışıb.

İqbal Ağazadəni aldadıb 160 min manatını ələ keçirməkdə suçlanan Sərməs Tağıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Martın 1-də keçirilən məhkəmədə prokuror ittiham aktını elan edəndə Sərməs Tağıyev özünü təqsirli bilib. O deyib ki, İqbal Ağazadəni xalasıoğlu vasitəsilə tanıyır. Onun sənədsiz evləri olub. İqbal Ağazadə ilə razılaşıblar ki, sənədləri düzələndən sonra evlər satılacaq. Sənədlərin düzəldilməsi üçün də İqbal Ağazadədən 160 min manat pul alıb: “İqbal müəllim təklif etdi ki, evlərin sənədlərini hazırlayım. Bunun üçün mənə 160 min manat pul verdi”.

Əməlindən peşman olduğunu söyləyən Sərməs Tağıyev sabiq deputatdan aldığı 160 minin tam qaytarıldığını deyib: “160 mini qaytarmışam”.

İqbal Ağazadə
İqbal Ağazadə

Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan İ.Ağazadə məhkəməyə gəlməyib. Amma hakim elan edib ki, İqbal Ağazadənin şikayət və tələbi olmaması barədə ərizəsi var.

Sərməs Tağıyev CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sərməs Tağıyev bundan öncə də dələduzluq ittihamıyla mühakimə olunub. Daşınmaz əmlak alqı-satqısıyla məşğul olan Sərməs Tağıyev ipoteka krediti götürməyə kömək etmək vədiylə müxtəlif adamlardan pul alıb aldatmaqda təqsirləndirilərək həbs olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şərti cəza ilə onu azadlığa buraxıb.

XS
SM
MD
LG