Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 09:50

Avropalılar emiqrasiyadan daha çox qorxurlar


Macarıstan polisi suriyalı miqrant ailəni saxlayır, arxiv fotosu
Macarıstan polisi suriyalı miqrant ailəni saxlayır, arxiv fotosu

Cənubi və şərqi Avropa ölkələrinin sakinləri immiqrasiyadan çox, emiqrasiyadan narahatdırlar. Bunu Avropa Birliyinin (AB) 14 ölkəsində rəy sorğusu üzə çıxarıb.

İspaniya, İtaliya, Yunanıstan, Polşa, Macarıstan və Rumıniyada əhalinin sayı ya dəyişmir, ya da kəskin azalır. Bu ölkələrin sakinləri emiqrasiyanın immiqrasiyadan daha çox təşviş doğurduğunu söyləyib.

GƏNCLƏR İŞLƏMƏYƏ QƏRBƏ GEDİRLƏR

Sorğunu Avropa Xarici Əlaqələr Şurası (ECFR) açıqlayıb.

Ən kəskin eniş Rumıniyada yaşanır, burda son on ildə əhali 10 faizədək azalıb. Çünki əsasən gənclər Avropanın qərbində işləməyə gedir.

Bosniyada miqrant
Bosniyada miqrant

Di gəl, şimali və qərbi Avropa ölkələrində sakinlər immiqrasiyadan daha çox narahatdırlar.

Bu sorğu maya planlaşdırılan Avropa parlament seçkiləri öncəsi əsas təşviş yaradan məsələləri müəyyənləşdirmək üçün keçirilib. Sorğu keçirilən 14 ölkə yeni parlamentdəki yerlərin 80 faizini tutacaq.

Sorğu üzə çıxarıb ki, avropalıları miqrasiyadan daha çox əndişələndirən məsələlər var. Baxmayaraq ki, miqrasiya son beş ildə AB siyasətində və kursunda dominant mövzu olub.

Ümumilikdə rəyi soruşulunların 20 faizi emiqrasiyadan, 32 faizi immiqrasiyadan narahatlığını dilə gətirib. Sorğunu YouGov təşkilatı 50 minədək adam arasında keçirib.

ÖLKƏDƏN ÇIXIŞA İCAZƏ VERMƏMƏK

Bəzi ölkələrin sakinləri emiqrasiyadan o qədər narahatdırlar ki, həmvətənlərinə ölkəni uzun müddətə tərk etməyə icazə verməməyi təklif edirlər.

“AB seçkiləri Avropanın ürəyi uğrunda savaş kimi təqdim olunur”, – ECFR-in direktoru Mark Leonard deyib. O əlavə edir ki, millətçilər seçkini miqrasiya üzrə referenduma çevirməyə çalışırlar.

“Bu sorğunun nəticələri göstərir ki, Avropanın ürəyi avropapərəstlərə verilsin, amma iqlim dəyişikliyi, səhiyyə, yaşayış yeri, həyat standartları kimi bir sıra məsələlər də səsə qoyulsun”, – Leonard söyləyib.

Populist liderlər, Macarıstanın baş naziri Viktor Orbán, İtaliya lideri Matteo Salvini 23-26 may seçkisində əsas diqqəti miqrasiyaya ayırırlar. Orbán hökumətinin bu yaxınlarda yaydığı plakatda Brüsselin miqrasiya siyasəti barədə xəbərdarlıq olunur.

Seçkidə 374 milyon nəfərin səsvermə hüququ var.

Macarıstan AB-nin kvota sisteminə uyğun olaraq qaçqın qəbulundan imtina edir.

XS
SM
MD
LG