Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:51

ABŞ şirkətləri Huawei-yə qadağanı ‘yumşaltmağa’ çalışır – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Çinin Huawei şirkətini mikrosxemlərlə təchiz edən Amerika tərəfdaşları, Qualcomm Intel daxil olmaqla ABŞ hökumətinə sakitcə təzyiq göstərir ki, satışa qadağanı yumşaltsın. Bunu “Reuters” agentliyinə məsələdən xəbərdar adamlar deyib.

ABŞ-ın aparıcı mikrosxem hazırlayan şirkətləri – Intel and Xilinx Inc mayda Ticarət Departamentində görüş keçiriblər. Onlar bu addımı Huawei-nin qara siyahıya salınmasınad sonra atıblar, bir mənbə deyib.

Qadağaya görə, ABŞ təchizatçıları dünyanın ən böyük telekommunikasiya şirkəti olan Huawei-yə xüsusi icazə olmadan mal sata bilməzlər. Hökumət bunu milli təhlükəsizlik məsələləri ilə izah edir.

Arxiv fotosu
Arxiv fotosu

Dörd mənbə Qualcomm-un da məsələylə bağlı Ticarət Departamentinə təzyiq göstərdiyini deyib.

Mikrosxem hazırlayan şirkətlərin arqumentinə görə, Huawei-nin smartfon və kompüter serverləri satan bölmələri geniş yayılmış hissələrdən istifadə edirlər və şirkətin 5G şəbəkə avadanlığı kimi təhlükəsizlik əndişəsi doğurmamalıdır.

“Bu, heç də Huawei-yə kömək anlamına gəlmir. Məqsəd Amerika şirkətlərini ziyandan qorumaqdır”, – adamlardan biri deyib.

Huawei 2018-ci ildə komponentlər almağa 70 milyard dollar xərcləyib, bunun 11 milyard dolları ABŞ-ın Qualcomm, Intel və Micron Technology Inc. şirkətlərinə gedib.

İsrail yaşayış məntəqəsinə Trump-ın adını verdi, amma...

İsrail mübahisəli Qolan yüksəkliyində 10 nəfərin yaşadığı bir məntəqəyə ABŞ Prezidenti Donald Trump-ın adını verib. Ancaq “The Associated Press” agentliyi “Ramat Trump” adlı məntəqəni inkişaf etdirməyin asan olmayacağını yazır.

İsrailin Baş naziri Benjamin Netanyahu (sağdan ikinci), ABŞ-ın İsraildəki səfiri David Friedman (solda) açılış mərasimində
İsrailin Baş naziri Benjamin Netanyahu (sağdan ikinci), ABŞ-ın İsraildəki səfiri David Friedman (solda) açılış mərasimində

Bu məntəqə Suriya ilə sərhədin 20 kilometrliyində, İsrailin Livanla sərhədində 20 minədək adamın yaşadığı Kiryat Şmona şəhərindən yarım saatlıq məsafədə yerləşir.

İsrail Qolanda 50 minədək adamın yaşadığını bildirir. Onlardan 22 mini yəhudilər, 25 minə qədəri isə ərəblərdir. İsrail Suriyadan ilhaq etdiyi Qolanda yaşayış məskəni salmağı təbliğ eləsə də onun uzaqlığı, Təl Əviv kimi iqtisadi mərkəzdən bir neçə saatlıq məsafədə yerləşməsi bunu əngəlləyib. Ərazidə kənd təsərrüfatı və turizm sektorları inkişaf edib, ancaq sənayesi zəifdir.

Suriyada səkkiz ildir vətəndaş müharibəsi gedir və ara-sıra Qolan atəşə tutulur. Bu da əraziyə yeni sakinlərin getməsini çətinləşdirir.

1991-ci ildən Bruçimdə yaşayan Rosa Zhernakov yerli icmanın bazar günü verilmiş qərardan həyəcanlandığını deyib.

“Ümid edirik, bunun Qolan yüksəkliyinə xeyri dəyəcək”, – o, məntəqədə barmaqla sayılan küçələrdən birindəki birmərtəbəli evinin yanında danışıb. Qadının fikrincə, məntəqənin canlandırılması sakinlər üçün “daha artıq təhlükəsizlik” deməkdir.

Suriya İsrailin şimal hissəsinə baxan bu strateji ərazinin qaytarılmasını tələb edir. Ancaq bu ölkədə vətəndaş müharibəsi İsraillə sülh danışıqları perspektivini kölgələyib.

Donald Trump
Donald Trump

Trump NYT-nin hesabatını “xəyanət” adlandırır

ABŞ Prezidenti Donald Trump “The New York Times” qəzetini tənqid edib. Qəzet Birləşmiş Ştatların Rusiyanın enerji şəbəkəsinə rəqəmsal müdaxilə etdiyini yazmışdı.

İyunun 15-də yazdığı tvitlərdə Trump bu əhvalatın həqiqi olmadığını deyib, jurnalistləri “qorxaq” adlandırıb. ​

“Bu, vaxtilə böyük bir qəzetin, indi ümidsizcəsinə, hətta ölkəmiz üçün pis olsa belə, əhvalat, istənilən əhvalat yaymaq istəyini göstərir, faktiki xəyanət aktıdır”, – prezident yazıb.

Qəzet isə Trump-ın ittihamını “təhlükəli” hesab edib, bildirib k, məqalə dərc olunmazdan rəsmilərə bu haqda bildirilib və heç bir təhlükəsizlik məsələsi qaldırılmayıb.

Qəzet hökumətin adını çəkmədiyi indiki və keçmiş rəsmilərinə istinadla yazırdı ki, Birləşmiş Ştatlar Rusiyanın elektrik enerjisi şəbəkəsinə kiber müdaxiləni gücləndirib və məqsəd Rusiyanı 2016-cı il prezident seçkisinə müdaxiləyə görə cəzalandırmaq, gələcək kiberfəaliyyətini önləməkdir.

XS
SM
MD
LG