Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

İtaliya prokurorları Rusiyadan alınan rüşvət iddialarını araşdırır


Matteo Salvini
Matteo Salvini

İtaliya prokurorları baş nazirin müavini və daxili işlər naziri Matteo Salvininin ifrat sağçı Şimal Liqası partiyasının Rusiya tərəfindən maliyyələşdirildiyinə dair iddiaları araşdırırlar.

İyulun 11-də verilən xəbərlərdə deyilir ki, Milan prokurorluğu mümkün “beynəlxalq korrupsiya” iddialarını təhqiq edir.

Bundan əvvəl media xəbərlərində Rusiya rəsmiləri ilə Salvininin müşavirlərindən biri arasında məxfi neft danışıqlarının aparıldığı deyilirdi.

Salvini bütün iddiaları rədd edir.

İtaliyanın həftəlik L’Espresso məcmuəsi fevral ayında yazmışdı ki, Savininin sözçüsü Gianluca Savoini Rusiya biznesmenləri ilə 2018-ci ilin oktyabrında görüşüb.

İddialara görə bu görüş zamanı məxfi neft müqaviləsinin vasitəsilə Şimal Liqası partiyasına milyonlarla dolların ötürülməsi müzakirə olunurdu.

ABŞ-ın Buzzfeed saytı iyulun 10-da yazırdı ki, Moskvada keçirilıən bu görüşün səs yazısına malikdir.

Bu səs yazısında Savoininin neft müqaviləsini müzakirə etdiyi eşidilir.

Amma Buzzfeeed bunu da yazır ki, bu sövdələşmənin reallıqda yer aldığına dair heç bir sübut yoxdur.

Salvininin sözü gedən danışıqların aparıldığı vaxt Moskvada olduğu məlumdur. Lakin bu danışqılarda onun iştirak etdiyinə dair sübut yoxdurr.

O bundan əvvəl də Moskvaya səfər etmiş və Rusiya prezidenti Putini təbliğ edən maykada şəkil çəkdirmişdi.

Moskva son illərdə Avropanın populist hərəkatları ilə əlaqələr qurmağa çalışıır.

Putin İtaliyanın Corriere della Sera qəzetinə verdiyi son müsahibədə deyib ki, onun hakim Vahid Rusiya partiyası Salvininin antimühacir Şimal Liqası partiyası ilə əməkdaşlıq edir.

XS
SM
MD
LG