Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Navalny-nin köməkçisi həbsdən çıxan kimi saxlanıb


Moskvada etirazların dağıdılması
Moskvada etirazların dağıdılması

Rusiyanın müxalifət siyasətçisi Aleksei Navalny-nin koordinatoru Moskvada səkkiz günlük həbsdən çıxan kimi polis tərəfindən saxlanıb.

Navalny-nin təşkilatının Twitter-də yerləşdirdiyi videoda görünür ki, Oleg Stepanov avqustun 1-də Moskvadakı Xoroşyovo- Mnyovniki rayonunda təcridxanadan çıxır və bir neçə saniyə sonra təhlükəsizlik əməkdaşları onu polis avtobusuna basır.

Stepanovun niyə saxlandığı bəlli deyil.

Oleg Stepanov
Oleg Stepanov

O, 27 iyul aksiyasında iştirakına görə səkkiz günlüyə məhkum edilmişdi. Həmin etiraz yürüşü sentyabrın 8-də Moskva Dumasına seçkilərə müxalifət namizədlərinin buraxılmamasına qarşı keçirilib. Seçki rəsmiləri həmin namizədlərin yetərincə imza toplamadığını bildiriblər.

***

Moskvada etirazçıların evləri axtarılır

Moskva polisi fəal Aleksei Minyailo-nun evində axtarış aparır. O, müxalifət lideri Lyubov Sobol-un qərargahı üçün imza toplayanlara təlim keçən şəxsdir. Məlumatı müstəqil OVD-Info monitorinq təşkilatı yayıb.

Axtarış avqustun 1-də başlanıb və İstintaq Komitəsinin 27 iyul yürüşü üzrə istintaqı ilə əlaqədardır. Həmin yürüş seçki rəsmilərinin Moskva Dumasına sentyabr seçkilərinə müxalifət və müstəqil namizədlərin qeydə alınmamasına etiraz olaraq keçirilmişdi.

İyulun 30-da iğtişaş, “kütləvi itaətsizlik” yaratmaq maddələri üzrə cinayət işi açılıb. Bu maddələrdə 15 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaşlı etirazçı Lyubov Sobol-un şəklini tutub
Yaşlı etirazçı Lyubov Sobol-un şəklini tutub

OVD-Info iyulun 31-də digər etirazçıların da evlərində axtarış aparıldığını bildirib. Sol Blokun lideri Vasiliy Kuzmin, Sergei Fomin və Agora insan haqları qrupunun rəhbəri Pavel Chikov-un evləri axtarılıb.

Moskvanın seçki rəsmiləri 8 sentyabr seçkisinə bəzi müxalifət namizədlərini qeydə almayıb, onların yetərincə imza toplamadığını bildirib. Bu qərara ötən ay bir neçə etiraz yürüşü keçirilib. İyulun 20-də Moskvadakı yürüşə 20 minədək adam çıxıb.

İyulun 27-də Moskva merinin ofisi yaxınlığındakı yürüşü isə təhlükəsizlik əməkdaşları dağıdıb. İnsan haqları qrupları və Qərb hökumətləri bu zaman “qeyri-adekvat” gücdən istifadə olunduğunu bildirib. Polis 1074, OVD-Info isə 1373 nəfərin saxlandığını qeyd edib.

Mikhail Svetov
Mikhail Svetov

Rusiya Libertarian Partiyasının lideri Mikhail Svetov ictimai tədbirlərin təşkili qanunlarını pozmaqda təqsirli bilinərək 30 günlüyə həbsə atılıb.

Kremlin tənqidçisi Aleksei Navalny də 30 günlüyə həbs olunub. Onun bu günlərdə xəstəxanaya yerləşdirilməsi ilə əladədar “biomaterial” üzərində aparılmış sınaq zəhərlənməni istisna edib, bunu laboratoriya müdiri bildirib. Navalny iyulun 28-də üzündə şiş və səpki ilə xəstəxanaya aparılmışdı və onun zəhərlənmə ehtimalı sarıdan narahatlıq yaranmışdı. Bir gün sonra o, həbsxanaya qaytarıldı.

Navalny-nin şəxsi həkimi Anastasia Vasilyeva isə müxalifətçinin saçından və paltarından müstəqil yoxlama üçün nümunə götürdüyünü bildirib.

XS
SM
MD
LG