Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:36

Hər üç gəncdən biri onlayn bullinq qurbanıdır


İllüstrativ foto
İllüstrativ foto

Dünyanın 30 ölkəsində hər üç gəncdən biri onlayn bullinq (pisikdirmə) qurbanı olduğunu deyir. Hər beş nəfərdən biri kiberbullinq və zorakılıq səbəbindən məktəbdən də qalıb. Sentyabrın 4-də BMT-nin UNICEF uşaq təşkilatı və BMT-nin Baş katibinin Xüsusi Nümayəndəsi uşaqlara qarşı zorakılıqla bağlı birgə sorğu açıqlayıb.

Anonim danışan gənclərin 75 faizi deyib ki, Facebook, Instagram, Snapchat və Twitter kimi social şəbəkələr onlayn bullinqin ən çox yayıldığı yerlərdir.

Nə dərs bitir, nə bullinq

“Auditoriyaların bir-birilə əlaqələndirilməsi tələbə dərsdən çıxandan sonra belə məktəbin bitmədiyi deməkdir və təəssüf ki, məktəbdə bullinq də beləcə bitmir”, – UNICEF-in icraçı direktoru Henrietta Fore deyib.

“Gənclərin təhsil təcrübəsini təkmilləşdirmək onların onlayn və oflayn mühiti üçün də sorumlu olmaq deməkdir”, – o, sözlərinə əlavə edib.

Sorğu zamanı gənclərə SMS və instant mesajlaşma texnologiyası vasitəsilə suallar göndərilib, onlayn pisikdirmə və zorakılıqla üzləşmə təcrübələri soruşulub. Rəyi soruşulanların 32 faizi inanır ki, hökumətlər kiberbullinqə son qoymaqdan ötrü məsuliyyət daşımalıdırlar. 31 faizi məsuliyyəti gənclərin, 29 faiz isə internet şirkətlərinin üzərinə qoyur.

Sorğuya 13-24 yaşlı 170 min nəfərdən çox gənc cəlb olunub.

Sorğunun nəticələri bir məsələni də üzə çıxarıb – məktəblilər arasında kiberbullinq təkcə yüksək gəlirli ölkələr üçün xarakterik deyil. Saharaaltı Afrikadakı respondentlərin 34 faizi onlayn bullinq qurbanı olduğunu deyib.

Məktəblərdə bullinq və zorakılığa son qoymaq üçün UNICEF və tərəfdaşları bir sıra tövsiyələr irəli sürüb. Uşaqların və gənclərin kiberbullinq və bullinqdən qorunması siyasəti tətbiq olunsun; uşaqlara və gənclərə dəstək məqsədilə qaynar xətlər yaradılsın; datanın yığılması və idarə olunması üzrə sosial şəbəkə provayderlərinin etik standartları yaxşılaşdırılsın və sairə.

Bu il Azərbaycanda məktəbli qızın intihara cəhdi bullinq məsələsini diqqət mərkəzinə gətirib. Elina Hacıyeva intihara cəhddən bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib. Onun məhz məktəbdə gözümçıxdıya salındığı bildirilirdi.

XS
SM
MD
LG