Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 06:31

Google və YouTube 170 milyon dollar cərimə ödəyəcək


İllüstrativ foto
İllüstrativ foto

Google korporasiyası və ona məxsus YouTube videopaylaşım xidməti internetdə uşaqların konfidensiallığı qanununu pozduğuna görə 170 milyon dollar cərimə ödəyəcək. Bu haqda ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) məlumat yayıb.

FTC və Nyu York prokurorluğu bildirir ki, YouTube yeniyetmələr haqda böyüklərin razılığı olmadan informasiya yığıb və ondan hədəfli reklamın göstərilməsində istifadə edib.

ABŞ qanunvericiliyinə görə, internet şirkətləri yaşı 13-dən az olanlar barədə informasiya yığarkən və emal edərkən valideynlərin razılığını almalıdır.

Google üçün bu cərimə rekord sayılır. Bu eləcə də komissiyanın indiyədək uşaqların konfidensiallığı qanunu çərçivəsində kəsdiyi ən böyük cərimə sayılır. Bu qanun 1998-ci ildə qəbul olunub.

Cərimənin 136 milyon dolları FTC-yə, 34 milyon dolları isə Nyu York şəhərinə ödəniləcək.

Pul cəriməsindən başqa Google və YouTube-dan tələb olunur ki, kanal sahiblərinin uşaqların idarə etdiyi kontenti müəyyənləşdirməsinə imkan verən sistem hazırlasınlar. Şirkətlər həmçinin kanal sahiblərini uşaqların idarə etdiyi kontentin qanunvericiliklə tənzimləndiyi barədə xəbərdar etməlidirlər.

XS
SM
MD
LG