Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:45

Türkiyədə Erdogan-ın Suriya əməliyyatını tənqid edənləri tuturlar


Suriyanın Ras əl-Ayn şəhəri
Suriyanın Ras əl-Ayn şəhəri

Ankaranın Suriyadakı hərbi əməliyyatını sosial şəbəkələrdə tənqid edən 24 nəfər Türkiyədə saxlanıb. Bu haqda Türkiyənin “Anadolu” informasiya agentliyi məlumat yayıb.

Türkiyə Suriyanın şimalında “Barış Pınarı” (Sülh bulağı) əməliyyatını oktyabrın 9-da başladıb. Əməliyyat əsasən kürdlərin nəzarətində olan ərazilərdə aparılır. Türkiyə hakimiyyəti buradakı kürd partiyaları və qruplaşmalarını terror təşkilatları hesab edir.

“Reuters” xəbər verir ki, Türkiyə hərbi əməliyyatla paralel kürd deputatları daxil olmaqla yüzlərlə adam barəsində təhqiqat aparır.

Ankara quru əməliyyatı ilə yanaşı kürd qruplaşmalara havadan da zərbələr endirir. Suriyada İnsan Haqlarının Monitorinqi Təşkilatı əməliyyat başlayanı azı 70 dinc sakinin öldürüldüyünü, onların 21-nin uşaq olduğunu bildirir.

Təşkilat 300 minədək adamın evindən didərgin düşdüyünü xəbər verir.

Türkiyə hakimiyyətinin Suriyadakı əməliyyatını AB, Ərəb ölkələri Liqası pisləyib.

ABŞ, Kanada, Fransa, Almaniya, Böyük Britaniya və AB-nin digər üzvləri Ankaraya silah göndərməyi dayandırıb.

XS
SM
MD
LG