Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:50

Mərkəzi və Şərqi Avropada demokratiya dirçələcəkmi – Qərb mediası


Polşada hakim PiS tərəfdarları
Polşada hakim PiS tərəfdarları

Polşa və Macarıstanda seçkilərdən sonra populist avtokratlar hakimiyyəti saxladılar və demokratik institutlara ziyan vurmağa davam edəcəklər. Bununla belə, hər iki ölkədə müxalifət qüvvələrin əvvəlki illərlə müqayisədə daha çox səs yığması regionun “qeyri-liberal demokratlar”ının məğlubedilməz olmadığını göstərir. “Project Syndicate” portalında Sławomir Sierakowski belə yazır.

Polşada müxalifət partiyaları Senatda üstünlük qazanıb, hakim Hüquq və Ədalət (PiS) partiyası 43,7 faiz səs yığıb. Mayda Avropa Parlamentinə seçkilərdə isə 45,5% səz qazanmışdı. Macarıstanda yerli seçkilərdə isə müxalifət Budapeştdə hakimiyyətə gəlib, 10 şəhərdə mer postunu qazanıb. Müəllif Mərkəzi və Şərqi Avropada populizmin pik səviyyədən enişini araşdırır.

Liberal demokratiyaya nəfəs vermək

“İndi sual budur ki, bu nəticələr regionda daha geniş siyasi dəyişikliyin müjdəsini verirmi. PiS-in parlamentin aşağı palatası Seymdə hakimiyyətini saxlaması həqiqətən ciddi uğurdur. Ancaq partiya lideri Jarosław Kaczyński yəqin daha yaxşı nəticə gözləyirdi. PiS-in Senatda məğlubiyyətə uğraması o deməkdir ki, daha ziddiyyətli qanun layihələrini real debat olmadan parlamentdən keçirə bilməyəcək. Düzdür, Seymdəki 235 səs yenə də senatı üstələməyə imkan verəcək”, – müəllif yazır.

Məqalədə qeyd edilir ki, indi Polşa müxalifətinin özünü sübut eləmək şansı yaranıb. Ümumilikdə, müxalifət partiyaları PiS-dən 900 min səs artıq toplayıb. Bu o deməkdir ki, elektoratın məhdud çoxluğu müxalifəti dəstəkləyir və gələn yazda keçiriləcək prezident seçkisində onun vahid namizədi qələbə qazana bilər. İndilik, bu rola elə bir seçim yoxdur. Avropa Birliyi Şurasının vəzifədən getməkdə olan prezidenti, vaxtilə Polşanın Baş naziri olmuş Donald Tusk da az qala yaddan çıxıb, çünki rəy sorğularında zəif nəticələr göstərib. Müəllifin fikrincə, müxalifətin yenə də təşkilatlanmağa vaxtı var.

Macarıstana gəlincə, son seçkilər dərhal praktik təsir göstərməyə bilər, çünki yerli hökumətlər və böyük şəhərlər səviyyəsində keçirilib. Burada müxalifətin dəstəyi daha böyükdür. Ancaq müəllif qeyd edir ki, Macarıstandakı seçki Polşadan daha əhəmiyyətlidir, çünki müxalifət partiyalarının tam “qeyri-liberal demokratiya”da qələbə şansının hələ də qaldığını göstərir.

“Mərkəzi və Şərqi Avropada populistlərin seçkidə təkrar qələbəsi fonunda kimsə bu regiona məyusluqla baxa bilər. Amma digər yerlərdəki avtokratiyalardan fərqli olaraq, burada populistləri məğlub etmək hələ də mümkündür. Bu ilin əvvəlində Slovakiyada Prezident Zuzana Čaputová-nın seçilməsinin ardınca PiS Senatı itirdi, Macarıstanda isə müxalifət böyük şəhərlərdə güclü nəticələr ortaya qoydu. Bütün bunlar liberal demokratiyaya nəfəs verməyin hələ də mümkün olduğunu göstərir”, – məqalədə deyilir.

XS
SM
MD
LG