Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:00

Macron Putindən Suriyada Türkiyə atəşkəsinin uzadılmasını istəyib


Emmanuel Macron (solda) və Vladimir Putin (Foto arxivdəndir)
Emmanuel Macron (solda) və Vladimir Putin (Foto arxivdəndir)

Fransa prezidenti Emmanuel Macron rusiyalı həmkarı Vladimir Putinə deyib ki, Paris Suriyanın şimal-şərqində Türkiyə tərəfindən elan edilmiş atəşkəsin uzadılmasını istəyir.

Macron-un administrasiyası bildirib ki, oktyabrın 21-də iki prezident telefon söhbətində “hazırkı atəşkəsin uzadılmasının və böhranın diplomatik vasitələrlə çözümünün mühümlüyünü” müzakirə edib.

Türkiyə öz qüvvələrinin Suriyada kürdlərə qarşı müdaxiləsini oktyabrın 22-də saat 22-dək (Bakı vaxtı ilə oktyabrın 23-ü gecə saat 1-ədək) dayandırmağı vəd edib. Lakin bunun üçün kürd qüvvələri Türkiyə sərhədi yaxınlığındakı 120 kilometrlik “təhlükəsizlik zonasını” tərk etməlidir.

Ankara bildirib ki, kürd qüvvələri göstərilmiş vaxtadək “təhlükəsizlik zonasından” çıxmasa, onlara qarşı hücum əməliyyatı bərpa olunacaq.

Macron və Putin arasında telefon söhbəti Rusiya prezidentinin Recep Tayyip Erdoğanla oktyabrın 22-ə planlaşdırılan görüşü ərəfəsində yer alıb. Bu görüş Rusiyanın Soçi kurort şəhərində keçiriləcək.

Türkiyə Suriyanın şimalındakı kürd qüvvələrinə qarşı hücum əməliyyatına oktyabrın 9-da başlayıb.

Bundan əvvəl prezident Trump ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarını elan etmişdi.

Türkiyə Suriya kürdlərinin YPG xalq müdafiə qüvvələrini terrorçu təşkilat hesab edir.

Tənqidçilər Trump-ın kürdlərlə müttəfiq ABŞ qüvvələrinin Suriyadan çıxarılması qərarını “xəyanət” adlandırıblar.

Bir çoxları Türkiyə qüvvələrinin hücumu nəticəsində İslam Dövləti ekstremist təşkilatı cihadçılarının azadlığa çıxa biləcəyindən narahatdırlar. Onlar indiyədək kürd qüvvələrinin əsirliyində idilər.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu oktyabrın 20-də bəyan etmişdi ki, Türkiyə hansı qüvvələrin Suriya prezidenti Bashar al-Assad-ın tərəfində döyüşdüyünü, habelə kürd qüvvələrinin Mənbic və Kobani regionundan çıxarılması məsələsini Rusiya ilə müzakirə edəcək.

İran Türkiyənin Suriya daxilində hərbi post qurmasına qarşıdır

İran Türkiyənin Suriya daxilində hərbi post qurmasına qarşı çıxır, iki ölkə arasında sərhədlərə sayqıyla yanaşmağa çağırır.

Dövlət televiziyasının yayımladığı həftəlik mətbuat konfransında çıxış edən XİN sözçüsü Abbas Mosavi deyib ki, Suriya və Türkiyə arasında məsələlər “diplomatik vasitələr”lə həll olunmalıdır.

“Ankaranın Suriyada hərbi post qurmasına qarşıyıq... Suriyanın ərazi bütövlüyünə sayqıyla yanaşmaq lazımdır”, – o deyib.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan ötən həftə müvəqqəti atəşkəsə razılaşıb, məqsədin kürd qüvvələrin əməliyyat aparılan regionlardan çıxmasına şərait yaratmaq olduğu. Ankara Suriyanın şimal-şərq hissəsini kürd yaraqlılardan təmizləyərək oraya suriyalı qaçqınları yerləşdirmək istədiyini deyir.

ABŞ-ın Vitse-prezidenti Mike Pence (solda) və Recep Tayyip Erdogan Ankarada görüşür, 17 oktyabr, 2019-cu il
ABŞ-ın Vitse-prezidenti Mike Pence (solda) və Recep Tayyip Erdogan Ankarada görüşür, 17 oktyabr, 2019-cu il

Kürd silahlıların Menbic və Kobanidən çıxması müzakirə olunacaq

Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu oktyabrın 20-də deyib ki, Ankara planlaşdırılan “təhlükəsiz zonalarda bircə kürd yaraqlısının da qalmasını istəmir”. Onun sözlərinə görə, Türkiyə Rusiya ilə kürd yaraqlıların Suriyanın Menbic və Kobani regionlarında çıxmasını müzakirə edəcək.

Rusiya Suriya münaqişəsində Prezident Bashar al-Assad-ı müdafiə edir. Erdogan oktyabrın 22-də Rusiyanın Soçi şəhərində Prezident Vladimir Putin-lə görüşməlidir.

Əməliyyatlar gedən şəhərlərdən onminlərlə dinc sakin çıxmalı olub. Bir çox təşkilatlar humanitar fəlakət xəbərdarlığı edirlər. Türkiyə qüvvələrinin pis rəftar və mühakiməsiz qətllərə yol verdiyi bildirilən fotolar yayılıb.

Avropa ölkələrindən bəziləri Ankaraya silah satışını dayandırıb. ABŞ Prezidenti Donald Trump isə Türkiyə iqtisadiyyatını “dağıtmaqla” hədələyib.

Trump oktyabrın 6-da Suriyanın şimal-şərqindən ABŞ əsgərlərinin çıxarılmasına göstəriş verib. Çoxları bunu Türkiyənin əməliyyatına yaşıl işıq yandırılması kimi dəyərləndiriblər.

Tənqidçilər Trump-ın kürd müttəfiqlərə “xəyanət” etdiyini deyir, çoxları isə kürd silahlıların əlində olan minlərlə İŞİD tərəfdarının qaça biləcəyindən narajatlıq bildirirlər.

Erdogan xəbərdarlıq edib ki, kürdlər oktyabrın 22-dək geri çəkilməsələr “qaldığımız yerdən başlayacaq və terrorçuların başını əzməyə davam edəcəyik”.

XS
SM
MD
LG