Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26

NATO üzvü Macarıstanın baş naziri Moskva ilə də əməkdaşlıq edəcəyini deyir


Vladimir Putin (sağda) və Viktor Orban, arxiv fotosu
Vladimir Putin (sağda) və Viktor Orban, arxiv fotosu

Rusiya prezidenti Vladimir Putinin Budapeştə səfəri zamanı Macarıstanın baş naziri Viktor Orban öz ölkəsinin Moskva ilə yaxşı münasibətlərini və Rusiyanın Ukraynadan yan keçəcək qaz kəməri layihəsinə marağını müdafiə edib.

O oktaybrın 30-da Putinlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib:

"Macarıstan NATO və Avropa İttifaqının üzvüdür və belə olaraq qalacaq, lakin bu, müəyyən məsələlərdə Rusiya ilə əməkdaşlığı istisna etmir”.

Orban Putinin Avropa İttifaqındakı ən yaxın müttəfiqi sayılır və Macarıstan baş naziri ittifaqın Rusiyaya qarşı sanksiyalarının yumşaldılmasının qatı tərəfdarıdır.

Bu sanksiyalar Rusiya üzərinə Moskvanın Ukraynadakı təcavüzünə görə qoyulub, Orbanın isə Kiyevlə münasibətləri kifayət qədər gərgindir.

Macarıstan Rusiya qazından son dərəcə asılıdır və bu qaz ölkəyə Ukrayna ərzisindəki kəmərlərdən keçərək gəlir.

Budapeştdə Putin deyib ki, Rusiya Macarıstanı Qara dənizin dibi ilə çəkiləcək TürkAxını qaz kəməri layihəsinə qoşulmağa dəvət edir. Bu kəmər Ukraynadan yan keçəcək.

Putin bildirib ki, bu layihə enerji təhlükəsizliyi baxımından Macarıstan üçün maraqlı olmalıdır.

Əvvəlcə Türkiyəyə ildə 15 milyard kubmetr qaz nəql edəcək TürkAxını kəmərinin birinci fazası bu ilin sonlarında başa çatacaq.

Eyni həcmdə qazı Bolqarıstan və Serbiyaya nəql edəcək kəmər qollarının gələn il tikiləcəyi gözlənilir.

Putin deyib ki, bu kəmərin Macarıstan qolunun tikintisi tez bir zamanda hasilə gələ bilər və Macarıstan öz qaz təchizatı şəbəkəsinin şaxələndirilməsində maraqlı olmalıdır.

Orban isə bidlirib ki, o ölkəsinin yalnız bir qaz tranzitindən asılı olmasını istəmir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri Putin və Orban hər il azı bir dəfə görüşüblər.

Bununla belə, Macarıstan Avropa İttifaqında Rusiyanı arabir müdafiə etsə də, ona qarşı qoyulan sanksiyalara heç vaxt veto qoymayıb.

2018-ci ildə Rusiyanın keçmiş casusu Sergey Skripal Britaniyada zəhərlənərkən, Macarıstan da başqa Qərb ölkələri ilə həmrəylikdə Rusiyanın bir diplomatınnı ölkədən qovmuşdu.

***

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-da Macarıstanda Baş nazir Viktor Orban ilə görüşəcək. Görüşdə əsasən enerji məsələsinin müzakirə olunacağı gözlənir.

Hər iki lider qərbin liberal dəyərlərini rədd edir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən Orban Putin-lə ildə azı bir dəfə, 2017-ci ildə iki dəfə görüşüb. Orban AB-nin Rusiyaya sanksiyalarının yumşaldılması tərəfdarıdır.

Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər kommersiya, iqtisadiyyat, mədəniyyət və humanitar sektorları müzakirə edəcək, bir sıra beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.

Macarıstan təbii qazı Rusiyadan alır, nüvə enerjisi zavodunu Rosatom-un köməyi ilə təkmilləşdirməkdən ötrü Moskva ona 10 milyard avroluq kredit xətti də açıb.

Putinin səfərinin gündəmi ilə tanış mənbə “Reuters”ə deyib ki, görüşdə Turk Axını layihəsi də müzakirə olunacaq. Bu kəmər Qara Dənizinin dibiylə Türkiyədən keçir, Macarıstan üçün ayrıca xətt nəzərdə tutulub. Ancaq Putin layihəni irəli aparmaqdan ötrü aidiyyatı olan ölkələri ona cəlb etməyə çalışır.

Macarıstanın Rusiyayla qaz kontraktı 2021-ci ildə bitir, hazırda Ukraynadan keçən kəmərlər vasitəsilə Rusiyadan qaz alır. Kiyev-Moskva qaz tranziti kontraktının müddəti isə dekabrın 31-də başa çatır.

XS
SM
MD
LG