Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Konqres impiçment araşdırmasının rəsmiləşdirilməsinə səs verir


Nümayəndələr Palatasının spikeri Nancy Pelosi
Nümayəndələr Palatasının spikeri Nancy Pelosi

ABŞ Nümayəndələr Palatası prezident Donald Trump-a qarşı impiçment araşdırmasının növbəti mərhələlərini müəyyənləşdirən qətnaməni qəbul edib.

Oktyabrın 31-də Konqresdə keçirilən səsvermə habelə sentyabrın 24-də Nümayəndələr Palatasının spikeri Nancy Pelosinin başlatdığı impiçment araşdırmasına dəstəyin rəsmi sınağı olub.

Buna qədər respublikaçılar demokratları Trump-a qarşı təhqiqatı özbaşına və qanunsuz aparmaqda ittiham edirdilər.

Qəbul edilmiş sənəd təhqiqatın daha ictimai fazasının növbəti mərhələrlərini, habelə Trump-ın vəkillərinin hüquqlarını müəyyənləşdirir.

Nümayəndələr Palatasındakı bütün respublikaçılar və iki demokrat bu sənədin əleyhinə səs verib.

Nəticədə qətnamə 232 leyhinə, 196 əleyhinə olmaqla qəbul edilib.

İmpiçment təhqiqatı Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy-ə onun keçmiş ABŞ vise-prezidenti Joe Biden və onun oğlu barədə cinayət təhqiqatına başlaması üçün təzyiq göstərib-göstərmədiyini aşkar etməlidir.

Joe Biden 2020-ci il ABŞ prezident seçkisində Trump-ın əsas rəqibi ola bilər.

Trump bu ittihamları rədd edir və yazır ki, bu, “Amerika tarixində ən böyük əcinnə ovudur!”

Bu arada hazırda Ağ Evdə işləyən ikinci rəsmi Konqres komitələrinin qarşısında ifadə verməyə başlayıb.

Konqres komitələrinin palatası Trump-ın səlahiyyətlərindən sui-istifadə edib-etmədiyini araşdırır.

Prezidentin Rusiya və Avropa işləri üzrə baş müşaviri Tim Morrison Trump-ın Zelenskiy ilə 25 iyul telefon söhbətini dinləmək səlahiyyətinə malik rəsmilərdən biridir.

Morrison millət vəkilləri qarşısında ifadə verməzdən əvvəl istefaya getdiyini elan edib.

XS
SM
MD
LG