Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:37

Rusiyalılar söz azadlığını getdikcə daha çox dəyərləndirir


Rusiyada 10 avqust etirazı
Rusiyada 10 avqust etirazı

Söz, inanc və sərbəst toplaşma azadlıqlarından danışan rusiyalıların sayı kəskin artıb. Bunu Levada müstəqil sorğu mərkəzinin keçirdiyi rəy sorğusu üzə çıxarıb.

Mərkəzin noyabrın 20-də açıqladığı sorğuya görə, son iki ildə söz azadlığını ən vacib insan haqları hesab edən rusiyalıların sayı 34 faizdən 58 faizə yüksəlib.

Paytaxt Moskvada bu cür düşünənlərin sayı iki dəfə, daha kiçik şəhərlərdə isə 1,5 dəfə artıb.

Ən vacib hüquqlar

2017-ci ildən bəri ədalətli məhkəmə hüququnu vacib sayan Rusiya vətəndaşlarının sayı 50 faizdən 64 faizə, inanc hüququnu vacib sayanlar isə 22-dən 40 faizə yüksəlib.

Dinc toplaşma azadlığını respondentlərin 28 faizi dəstəkləyir, iki il öncə bu göstərici cəmi 13 faiz idi.

Respondentlərin 30 faizi ictimai həyatda və siyasətdə iştirak hüququnu vacib sayır. İki il öncə 16 faiz belə düşünürdü.

Ən vacib insan hüququna gəlincə, respondentlərin 78 faizi yaşamaq, 70 faizi tibbi xidmət hüququnu vacib sayır.

Respondentlərdən ən vacib hüquq və azadlıqlar barədə soruşulan sorğu oktyabrın sonlarında Rusiyanın 50 regiondan keçirilir.

Bu sorğudan bir il öncə təqaüd yaşının 5 il qaldırılmasını nəzərdə tutan qanun qəbul olunub. Bu ilsə Rusiyanı icazəsiz aksiyalar silkələyib. Nümayişçilər müstəqil və müxalifət namizədlərinin sentyabrda bələdiyyə seçkisinə buraxılmamasına etiraz olaraq küçələrə çıxıblar.

Ekspertlərin fikrincə, bu məqamlar hüquq və azadlıqlar mövzusunu kəskinləşdirib. Üstəlik, vətəndaşların maddi durumu da yaxşılaşmır, əksinə, pisləşməkdədir.

XS
SM
MD
LG