Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:39

Demokratların kokus seçkisində keçmiş mer önə çıxır


Pete Buttigieg
Pete Buttigieg

İndiana ştatında Saus Bend şəhərinin keçmiş meri Pete Buttigieg Ayova ştatında kokus səsverməsində azacıq fərqlə önə çıxıb. Bunu Demokrat Partiyasının fevralın 4-də açıqladığı nəticələrə əsasən demək olar.

Artıq seçki dairələrindən 62 faizi hesabatını təqdim edib. Buttigieg 26,9, senator Bernie Sanders 25,1, Senator Elizabeth Warren 18,3, keçmiş vitse-prezident Joe Biden 15,6 faiz səs yığıb.

Burada Demokratlardan prezident seçkisində namizəd olmağa iddialı şəxslər partiya qurultayında daha çox nümayəndə əldə etmək uğrunda mübarizə aparır.

38 yaşlı, bir il öncə ölkə səviyyəsində tanınmayan Buttigieg ilkin nəticəni “heyrətamiz qələbə” adlandırıb.

O, ilkin nəticə açıqlanandan sonra özünün homoseksuallığına da eyham vurub.

“Bu, cəmiyyətdə öz ailəsinə məxsusluğunu sual edən, kişi, qadın... cinsinə məxsus bir uşağa göstərir ki, özünə, ölkənə inanırsansa, bu inama dəstək böyük olur”, – o deyib.

İlkin nəticələrin elanı yubanıb

İlkin nəticələr kokuslar bitəndən 20 saat sonra açıqlanıb. Səssaymanın yeni qaydalarla bağlı yubandığı bildirilir.

Demokratlardan prezidentliyə namizəd olmaqdan ötrü 1991 nümayəndə lazımdır, Ayovanın payına cəmi 41 nəfər düşür. Yekun namizədin respublikaçı Prezident Donald Trump-la 3 noyabr seçkisində mübarizə aparacağı gözlənir.

Cəmi 3 milyon əhalisi olan Ayova namizədlərə səs vermək üçün kokus sistemindən istifadə edir.

Seçicilər bülleten atmaqdansa, ştat boyunca 1600 məkanda yığışırlar, üstünlük verdikləri namizədə görə qruplar təşkil edirlər, beləliklə də qaliblər və uduzanlar müəyyənləşir.

1996-cı ildən bəri Ayova kokuslarından qalib çıxmış demokrat sonucda partiyanın noyabr seçkisində yekun namizədi olub.

Sanders, Biden, Warren və Buttigieg öndə gedən namizədlər hesab olunur.

Minnesotadan Senator Amy Klobuchar, sahibkar Andrew Yang, milyarder fəal Tom Steyer, Havaydan konqresmen Tulsi Gabbard səsverməyə təsir göstərə bilər.

Yekun nəticələrin ictimaiyyətə nə zaman açıqlanacağı bəlli deyil.

XS
SM
MD
LG