Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:19

Bu ərzaq məhsulları bahalaşıb...


Bakıda bazar. Foto arxiv
Bakıda bazar. Foto arxiv

Novruz bayramına (martın 20-si və 21-i ) sayılı günlər qalıb. Artıq bəzi ərzaq məhsullarında bahalaşma müşahidə edilir.

Müxtəlif bazarların icarədarlarının AzadlıqRadiosuna bildirməsinə görə, əsas bahalanma sarımsaqda, Hövsan soğanında və Novruz süfrəsində mühüm yer tutan çərəzlərdə baş verib.

«Yerli sarımsağın topdansatış qiyməti 14 manatdır. Hansı ki, fevral ayında 11-12, yayda 1 manat idi. Bu bahalaşmaya səbəb belədir: ölkədə koronavirus təhlükəsiylə bağlı hay-küy saldılar ki, sarımsaq bu virusa qarşı ən yaxşı vasitədir. Beləliklə, onun virusa təsiri tam bilinməsə də, qiyməti bazarda alıcılar üçün bahalaşdı», - Bakı bazarlarından birinin icarədarı vurğulayıb.

Bazarlardan verilən məlumata görə, Hovsan soğanında da ciddi bahalaşma müşahidə edilir. Amma adi soğanın qiymətində xüsusi bahalaşma olmadığı söylənir. İcarədarların sözlərinə görə, bibərin topdansatışında da 50-60 qəpik bahalaşma qeydə alınıb: «Deyək ki, yaxın iki-üç günə kimi bibərin bir kiloqramının topdansatış qiyməti 3 manat 50 qəpik idisə, indi 4 manata və ya 4 manat 10 qəpiyə yüksəlib».

Bakıda bəzi supermarketlərdə sıxlıq yaşanır
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

«Bu, koronovirusun yayılma təhlükəsi ilə də bağlıdır»

İcarədarlar hesab edirlər ki, bu qeyd edilənlər koronavirus infeksiyasının yayılma təhlükəsi ilə də bağlıdır: «Belə ki, təhlükəsizlik məsələsiylə bağlı ölkəyə idxal mallarının buraxılması azaldılıb. Topdansatış məntəqələrdə mal azlığı qiymət artımına səbəb olub. Topdansatışda qiymət bahalandıqda, pərakəndə satış edən alverçi də qiyməti qaldırmağa, sadəcə, məcbur olur».

İcarədarların sözlərinə görə, balıqların da qiymətində müəyyən bahalaşma var.

Çərəzlərdə qiymət artımı

Satıcılar habelə deyirlər ki, Novruz bayramı öncəsi çərəzlərdə də bahalaşma baş verib. «Özü də, keçən il ilə müqayisədə bu bahalaşma haradasa 2-3 manat arasındadır. Həm də bahalanma xurmadan, fındıq, qoz ləpəsindən tutmuş, bütün çərəzlərə aiddir. Bu, həm də, hər il olduğu kimi, Novruz bayramı öncəsi qiymət bahalanmasıdır. Bayramdan sonra enəcəksə belə, bayram ərəfəsi qədər enməyəcək», - bir satıcı təxminini dilə gətirib.

Bazar icarədarları meyvə və tərəvəzin qiymətlərində bahalaşma olmadığını bildiriblər.

A.Mehtiyev
A.Mehtiyev

«...Novruz bayramı ilə bağlıdır»

İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyinin rəhbəri, iqtisadçı Azər Mehtiyev isə hesab edir ki, sözügedən məhsulların bir hissəsi sırf koronavirusun yayılmasının qarşısının alması təbliğatı ilə bahalaşıb: «Virus xofu bu məhsullara tələbatı artırıb. Artan tələbatsa qiymət bahalaşması yaradıb. Digər tərəfdən, Azərbaycanda ənənəvi olaraq Novruz bayramı öncəsi istifadə edilən məhsullarda bahalaşma baş verir».

Onun fikrincə, bu qiymət bahalaşmasının nə qədər davam edəcəyi ilk növbədə koronavirusun təsirlərdən asılı olacaq:


«Çünki bu virusun təsirləri nəticəsində ayrı-ayrı dünya ölkələrində ərzaq istehsal proseslərinin dayanması baş verib. Neftin qiymətinin düşməsiylə yaranan narahatlıqlar da qiymət artımının davam edəcəyini söyləməyə imkan verir. Odur ki, məhsulların qiymətinin taleyini daha çox müəyyən edən koronavirusla bağlı proseslər olacaq».

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 8 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 34 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

Yeni virusun yayılması hökumətləri bir sıra qabaqlayıcı addımlar atmağa və xüsusi rejimlər tətbiq etməyə sövq edib. Azərbaycanda martın 14-dən bir ay ərzində kütləvi tədbirlər ləğv edilib. Hazırda, əsasən, İran və İtaliyadan qayıdan yüzlərlə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

XS
SM
MD
LG