Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:42

Trump 3 ştata Milli Qvardiya göndərir


Senator Rand Paul
Senator Rand Paul

ABŞ Prezidenti Donald Trump koronovirusun ən çox yayıldığı Kaliforniya, Nyu York və Vaşinqton ştatlarına Milli Qvardiyanı yollayır. Bu ştatlarda tibb məntəqələri quraşdırılacaq, yüz tonlarla tibbi ləvazimat paylanacaq. Milli qvardiyaçılar ştat qubernatorlarının sərəncamında olacaq.

Sözügedən ştatlar ABŞ üzrə təsdiqlənmiş COVID-19 yoluxmalarının 58 faizini əhatələyir.

“Böyük milli sınaqdan keçirik”, – Trump brifinqdə deyib. Onun sözlərinə görə, Kaliforniyaya 2 min, Nyu York və Vaşinqton ştatlarının hərəsinə min çarpayı göndəriləcək.

Virus daha çox Nyu York ştatında yayılıb, 15 mindən çox yoluxma var. Nyu York şəhərinin meri Bill de Blasio deyib ki, bir neçə günə tibb ləvazimatlarının fəlakətli qıtlığı yarana bilər.

Trump Nyu York və Vaşinqton ştatları üçün böyük fəlakət vəziyyəti elan edib, martın 22-də eyni addımı Kaliforniya ştatıyla bağlı atıb. Kaliforniyada 1640-dan çox yoluxma qeydə alınıb.

Martın 22-də Nyu York şəhərində yoluxma hallarının 9 mini keçdiyi açıqlanıb. Şəhərin həbsxanalarında azı 38 nəfərin yoluxduğu bildirilir.

Senatorda, səfirdə koronovirus aşkarlanıb

Bu arada ABŞ senatoru Rand Paul-un COVID-19 analizi müsbət çıxıb. Martın 22-də Twitter hesabında yayılan bəyanatda deyilir ki, 57 yaşlı Paul özünü “yaxşı hiss edir və karantinə alınıb”.

“Onda simptomlar olmayıb, xeyli səyahət etdiyi, tədbirlərə qatıldığı üçün aşırı ehtiyatlılıq səbəbindən test verib”, – sənəddə vurğulanır. Senatorun Vaşinqtondakı ofisi 10 gün qabaqdan məsafədən iş rejimi tətbiq edib və əməkdaşlarından heç birinin onunla kontaktı olmayıb.

Birləşmiş Ştatların Afrikanın qərbindəki Burkina Fasoda səfiri Andrew Young da elə həmin gün onda “COVID-19 analizinin müsbət çıxdığını” bəyan edib. İnformasiyanı daha sonra Dövlət Departamenti də təsdiqləyib.

Bundan öncə Nümayəndələr Palatasının iki üzvündə Ben McAdams Mario Diaz-Balart-ın analizləri müsbət çıxmışdı. Vitse-prezident Mike Pence-nin köməkçisində də koronavirus aşkarlandığından Pence və həyat yoldaşı da analiz verib. Pence martın 21-də deyib ki, onun nəticələri mənfidir.

XS
SM
MD
LG