Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

ABŞ Senatı 2 trilyonluq iqtisadi xilas paketini təsdiqləyir


ABŞ-da hərbçi, arxiv fotosu
ABŞ-da hərbçi, arxiv fotosu

ABŞ Senatı koronovirusla mübarizədə ölkə iqtisadiyyatına və səhiyyə sektoruna tarixi 2 trilyon dollarlıq yardım paketini təsdiqləyib.

Martın 25-də senatorlar paketi 96-0 səs çoxluğuyla qəbul ediblər. İndi sənədin Nümayəndələr Palatasında təsdiqi gözlənir. Martın 27-nə planlaşdırılan səsvermədən sonra sənəd Prezident Donald Trump-a göndəriləcək. O, paketi dərhal imzalayacağını bildirib.

Bu paket ABŞ tarixində ən böyük iqtisadi xilas layihəsi sayılır, ölkənin illik federal büdcəsinin təxminən yarısına bərabərdir.

10 nəfərdən artıq adam bir yerə yığışa bilməz

Hazırda Birləşmiş Ştatlarda bir çox şəhərlər və ştatlarda elə də vacib sayılmayan bizneslər fəaliyyətini dayandırıb. Martın 25-də paytaxt Vaşinqtonda bir çox bizneslərin fəaliyyətinə bir aylıq qadağa qoyulub, 10 nəfərdən artıq adamın bir yerə yığışması yasaqlanıb.

Senatın qəbul etdiyi 800 səhifəlik layihədə bir çox amerikalılara birbaşa ödənişlər nəzərdə tutulur, işsizlik müavinətləri genişləndirilir, kiçik şirkətlər üçün 367 milyard dollarlıq proqram təklif olunur ki, koronavirusa görə evdən işləməyə məcbur olanlara maaş verə bilsinlər.

Paketdə xəstəxanalara yardım nəzərdə tutulub.

Ölkənin aviasiya sənayesinə 58 milyard dollarlıq yardım ayrılır. Bu vəsaitin içində 750 min nəfərlik işçinin maaşı da var.

Səyahət sektoru daxil digər sənayelərə də yardım göstəriləcək.

Johns Hopkins Universiteti Birləşmiş Ştatlarda COVID-19-a 68 min 573 nəfərin yoluxduğunu bildirir. Virusdan 1031 nəfər dünyasını dəyişib.

Hazırda ABŞ yoluxanların sayına görə Çin və İtaliyadan sonra üçüncü yerdədir.

Dünya üzrə yoluxma sayı 470 mindir, 21 min 287 nəfər ölüb. Ekspertlər dünyada yoluxanların real sayını müəyyənləşdirməyin çətin olduğunu deyirlər, çünki heç də hamı yoxlamadan keçməyib. Görünür, yoluxma rəqəmi dəfələrlə yüksək ola bilər.

XS
SM
MD
LG