Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:38

Rəqəmlər koronavirus haqda həqiqəti deyirmi


Moskvada xəstəxana kompleksinin qarşısına plakat
Moskvada xəstəxana kompleksinin qarşısına plakat

Deyirlər, rəqəmlər yalan deməz. Amma hökumətlər COVID-19 infeksiyaları və ölümləri haqda rəqəmləri açıqladıqca ekspertlər bu məlumatları natamam adlandırırlar. Bu da əsasən virus testindən çıxanların sayının azlığı ilə əlaqədardır.

AzadAvropa/AzadlıqRadiosunun əməkdaşı Tony Wesolowsky mövcud koronavirus statistikasının onsuz da qorxunc göründüyünü yazır. Artıq yoluxanların sayı milyonu keçib.

Di gəl, testlərin azlığı, yaxud heç olmaması, yoluxanlardan çoxunda simptomların heç üzə çıxmaması bu statistikanın problemin miqyasını tam göstərmədiyinə dəlalət edir.

Rəqəmlər təhrif olunur, hamı testdən keçirilmir

Başqa bir problem isə bəzi hökumətlərin pandemiyanın miqyasını kiçiltmək məqsədilə rəqəmləri təhrif etməsidir. ABŞ mediası aprelin 1-də yazıb ki, ölkə rəsmiləri Çinin epidemiyanın miqyasını gizlətdiyinə inanır, rəsmi rəqəmləri “saxta” adlandırır.

Çin kimi İran və Rusiyanın da real mənzərəni ört-basdır etməyə çalışması sarıdan narahatlıq var.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, daha çox test aparıldıqca ölkələr pandemiyanı daha yaxşı önləyə bilərlər. Məsələn, Birləşmiş Ştatlarda testlər təkmilləşdikcə təsdiqlənmiş yoluxma halları da artır. Bu, heç də yoluxmaların artması demək deyil.

“The Atlantic” portalı martın 26-da yazırdı:

“İndi Birləşmiş Ştatlarda koronavirusa yoluxmalar sürətlə artır, yoxsa testlər daha sürətli aparılır? Cavab heç də qəribə səslənmir: Hələlik bilmirik, buna bir az zaman gərəkdir”.

Hindistan testlərin miqyasını genişləndirmir

Birləşmiş Ştatlar testləri çoxaltdıqca, Hindistan əks istiqamətə yönəlir. Nyu Dehli əhalinin daha böyük qismini koronavirus testindən keçirməkdən imtina edir.

Hindistanın Tibbi Araşdırmalar Şurasının başçısı Balaram Bharghava bildirib ki, daha çox test aparmaq “daha artıq qorxu, paranoyya və hay-küy yaradar”.

Aprelin 2-nə olan məlumata görə, 1,4 milyarda yaxın əhalisi olan Hindistanda cəmi 2 min təsdiqlənmiş yoluxma və 58 ölüm qeydə alınıb.

Bir məsələ də var ki, hökumətlər test aparmağa həvəsli olanda belə kimin yoxlamadan keçirilməsi bəlli olmaya bilər. Çünki hamı koronavirusa eyni cür reaksiya vermir.

Çexiyanın baş gigiyena mütəxəssisi Jarmila Razova ölkə mediasına deyib ki, koronavirusa tutuların 40 faizə qədərində heç bir simptom görünməyə bilər.

Bu qisim əhalinin koronavirus pandemiyasını alovlandıracağından qorxurlar.

XS
SM
MD
LG