Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:57

Pandemiya vaxtı təyyarəyə kim minir– Qərb mediası


American Airlines sərnişin təyyarələri
American Airlines sərnişin təyyarələri

Pandemiya dövründə aradabir sosial mediada yayılan foto və videolarda təyyarələrin dolu olduğu, sərnişinlərin isə sosial məsafə saxlamadıqları görünür. “The Associated Press” agentliyi bir il öncəylə müqayisədə hava səyahətlərinin 90 faizdən çox azaldığı bir vatxda təyyarələrin dolu olmasının səbəbini araşdırıb.

Agentlik yazır ki, bəzi hallarda hava şirkətləri digər uçuşları təxirə salaraq sərnişinləri bir neçə təyyarəyə yerləşdirirlər. Şirkətlər sərnişinlərin koronavirusa yoluxma sarıdan narahatlığını azaltmağa çalışdıqlarını da vurğulayırlar. Məsələn, orta oturacaqları bağlayırlar, yaxud sərnişinlərə imkan verirlər ki, yanlarındakı yerə görə ödəniş edərək boş saxlasınlar. Sərnişinlərdən maska taxmağı da tələb edirlər.

Hazırda ABŞ-da ölkəiçi uçuşlarda ortalama 17 sərnişinin olduğu yazılır. Amma bu təbii ki, orta göstəricidir. Aprelin ortasından aeroportlarda təhlükəsizlik yoxlamalarından keçənlərin sayı artsa da, bir il öncəylə müqayisədə 93 faiz azdır. Nəqliyyat Təhlükəsizliyi Administrasiyası bazar ertəsi – mayın 4-də 163 min 692 nəfəri yoxlamadan keçirib. Bir il qabaq həmin gün yoxlamadan keçənlərin sayı 2,5 milyona yaxın idi.

Sıxlıq necə yaranır

Agentlik yazır ki, hava şirkətləri uçuş qrafiklərini ixtisar edir, yola düşməyə bir neçə gün qalmış daha çox uçuşu ixtisara salır. Beləliklə də müxtəlif istiqamətlərə gedən sərnişinlər bir təyyarəyə minməyə məcbur olur. Bəzi marşrutlar üzrə təyyarə sıxlığı da beləcə yaranır.

Delta Air Lines mayın 5-də bildirib ki, iyunun 30-dək bəzi oturacaqları bağlamaqla “birinci klass”da 50 faiz, əsas kabində isə yerlərin 60 faizini boş saxlayacaq. Southwest Hava Yollarının başçısı Gary Kelly isə bildirib ki, şirkəti satışa çıxardığı yerləri müvəqqəti azaldacaq, təxminən 67 faiz.

Frontier Airlines avqustun 31-dək sərnişinlərin yanlarındakı yerin boş qalmasına təminat verəcəyini deyib. Bundan ötrü 39-89 dollar ödəniş etmək lazım gələcək.

“Əlbəttə, adamlar deyə bilərlər ki, sosial məsafə üçün pul alırsız? Yox, yox, yox. Biz sadəcə, seçim veririk və buna təminat verilir. Axı, bilmirik, bu sizə lazımdır, yoxsa yox, hamı maska da taxa bilər”, – Frontier şirkətinin rəhbəri Barry Biffle “The Associated Press”ə deyib.

ABŞ-ın aparıcı hava şirkətləri sərnişinlərdən maska taxmağı tələb edəcəklərini açıqlayıblar. JetBlue Airways artıq bazar ertəsindən bunu həyata keçirməyə başlayıb. Delta, American, United və Southwest şirkətləri də oxşar addım atıblar.

Şirkətlər maskasız müştərilərin təyyarəyə buraxılmayacağını bildirirlər. Kiçik uşaqlar, yaxud maskanın təhlükə yaratdığı tibbi durumu olan böyüklər istisna sayılarlar. Digər sərnişinlərə yeyərkən, yaxud içərkən maskanı qısa müddətə çıxarmaq icazəsi veriləcək.

XS
SM
MD
LG