Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:38

Pashinian və ailəsində koronavirus çıxıb


Nikol Pashinian canlı yayım edir
Nikol Pashinian canlı yayım edir

Pashinian deyib ki, iqamətgahında özünü təcrid edib və hökumətin işini oradan idarə edəcək.

Onun sözlərinə görə, virusa hökumətin iclasında “su gətirən ofisiantdan” yoluxduğunu güman edir.

“Onun əlcək geyinmədiyini görüb danladım, amma məncə, onlar əvvəl də əlcəksiz işləyiblər. Ofisiantın da koronavirus testi müsbət çıxıb”, – Pashinian vurğulayıb.

***

Ermənistanın Baş naziri Nikol Pashinian və ailə üzvlərinin yeni koronavirus testləri pozitiv çıxıb.

Bunu Pashinian özü iyunun 1-də səhər Facebook-da canlı yayımda elan edib.

“Təəssüf ki, testlərimizin cavabları pozitiv çıxıb”, – Ermənistan hökumətinin başçısı deyib.

Baş nazir həyat yoldaşı və üç qızıyla birlikdə yaşayır, oğlu isə orduda xidmət edir.

İyunun 1-də 45 yaşı tamam olan Pashinian deyib ki, test nəticələri bazar günü gəlib. O, heç bir simptomu olmadığını, “cəbhə xəttindəki” əsgərlərə baş çəkməyi planlaşdırdığı üçün testdən keçdiyini deyib.

“Ailəmiz bütünlükdə testdən keçdi və nəticələr müsbət çıxdı”, – deyən Pashinian əlavə edib ki, ailə üzvlərindən heç birində koronavirus simptomları olmayıb.

Hökumət ictimai yerlərdə maska taxmağı məcburi edəndən sonra Pashinian gündəlik brifinqlər daxil olmaqla ictimaiyyət arasında maskada görünüb.

O, əhalini də maska taxmağa, sosial məsafəni gözləməyə, əllərini yumağa, yoluxmaları səngitməyi hədəfləyən digər qaydaları gözləməyə çağırıb.

Yeni koronavirus martda Ermənistanda yayılandan ölkədə 9 min 400-dən çox yoluxma, 139 ölüm halı qeydə alınıb.

Gündəlik yoluxma həddi yüksək olaraq qalır. İyunun 1-də açıqlanmış məlumata görə, son 24 saat ərzində 210 yeni yoluxma qeydə alınıb. Ermənistanda 3 milyon nəfər yaşayır.

XS
SM
MD
LG