Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:32

Ucuz dərman koronavirusdan ölümü azaldır


İllüstrativ foto
İllüstrativ foto

Dünya Səhiyyə Təşkilatı (DST) koronaviruslu xəstələrin müalicəsi qaydalarını yeniləyəcəyini bildirir. Buna klinik sınaqların adi, bahalı olmayan steroidin ağır xəstələrə kömək etdiyini üzə çıxarması səbəb olub.

Nəticələri iyunun 16-da Oksford Universiteti tədqiqatçılarından ibarət komanda açıqlayıb. Araşdırmaya görə, 1960-cı illərdən artrit kimi xəstəliklərin müalicəsində iltihabın azaldılmasından ötrü istifadə olunan deksametazon 2 mindən artıq ağır xəstədən üçdə birinin həyatda qalmasına kömək edib.

“Bu, oksigen, yaxud süni nəfəs aparatı dəstəyi tələb edən COVID-19 xəstələri arasında ölüm hallarını azaldan ilk müalicə üsuludur”, – DST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus iyunun 16-da bəyanatında deyib.

Ölüm halları 35 və 20 faiz azalıb

DST qeyd edir ki, bu müdaxiləni bütünlükdə dərketməni gücləndirməkdən ötrü meta-analiz koordinasiya olunacaq. Agentliyin kilinik qaydalarında tibb peşəkarlarına COVID-19-un bütün mərhələləri ilə ən yaxşı mübarizə yolları haqda bilgi verilir.

Deksametazon yalnız süni nəfəs aparatıyla nəfəs ala bilən xəstələri arasında ölüm hallarını 35 faizədək azaldıb. Oksigen qəbul edən xəstələr üzrə ölüm halları isə 20 faiz düşüb.

Nəticələrin ilkin mərhələdə olmasına baxmayaraq, tədqiqatçıların fikrincə, bu dərman ağır hallarda standart müalicə vasitəsi kimi tətbiq olunmalıdır.

Dərmanın faydası ağır xəstələrdə müşahidə olunub, daha yüngül simptomları olan xəstələrdə belə bir sınaq aparılmayıb.

Sözügedən dərmanın COVID-19 xəstələrinin sayı yüksək olan daha yoxsul ölkələrdə böyük köməyi dəyə bilər.

Araşdırmanı Britaniyanın dövlət səhiyyə agentlikləri və Bill və Melinda Gates Fondu kimi özəl donorlar maliyyələşdirir.

XS
SM
MD
LG