Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:50

İran da maska taxmağı məcburi edir


Tehranda avtobus
Tehranda avtobus

İran qapalı məkanlarda maska taxmağı məcburi edəcəyini açıqlayıb. Son üç ay ərzində ölkədə koronavirusa gündəlik yoluxmalarda rekorda qeydə alınıb.

Maskayla bağlı açıqlamanı Prezident Hassan Rohani iyunun 28-də verib. Bundan öncə isə yoluxmaların geniş yayıldığı vilayətlərə qadağaları yenidən tətbiq etməyə icazə veriləcəyi xəbəri yayılıb.

Rohani deyib ki, maska tələbi iyulun 22-dək qüvvədə olacaq.

Ali dini lideri Ayətulla Ali Khamenei isə xəbərdarlıq edib ki, koronavirussuz nəzarətsiz yayılarsa ölkənin iqtisadi problemləri pisləşə bilər.

Ölkədə martda həyat əhəmiyyətli olmayan şirkətlər, məktəblər bağlanıb, ictimai tədbirlər təxirə salınıb. Ancaq sanksiyalar altında əzilən iqtisadiyyatı dirçəltmək məqsədilə apreldən qadağalar tədricən qaldırılıb.

İyunun 27-də İranda koronavirusdan 144 ölüm halı qeydə alınıb. Bu, üç aya yaxın müddətdə ən yüksək ölü sayıdır. Ölkə yoluxmalara görə dünya üzrə ilk onluqdadır, indiyədək 222 min 600 yoluxma təsdiqlənib, 10 min 500-dən çox xəstə vəfat edib.

İslam respublikası pandemiyanı önləməkdən ötrü tam karantin tətbiq etməyib. Bəzi ərazilərdə qoruyucu maska və avadanlıqdan istifadə könüllü idi.

XS
SM
MD
LG