Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:29

Almaniya Çin və Rusiya ilə yeni Soyuq Müharibənin cəbhə xəttinə çevrilir


Çin prezidenti Xi Jinping (solda), Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin G20-nin 2018-ci il sammitində
Çin prezidenti Xi Jinping (solda), Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin G20-nin 2018-ci il sammitində

Almaniya Çin və Rusiya tərəfindən müdaxilə və təzyiqlərin əsas hədəfinə çevrilib.

Deborah Haynes SkyNews şəbəkəsinin saytında yazır ki, indi Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya yeni Soyuq Müharibənin əsas cəbhə xəttidir.

Britaniyanın nüfuzlu analitik araşdırma mərkəzlərindən biri olan Royal United Services İnstitutunun iyulun 29-da açıqladığı hesabatda deyilirki, ABŞ prezidenti Donald Trump-la Almaniya kansleri Angela Merkel arasında soyuq münasibətlər Berlini faktiki olaraq Pekin və Moskvadan gələn təhdidlərlə üzbəüz qoyub.

Mərkəzin tədqiqatçılarından jurnalist John Kampfner yazır ki, Almaniya indi Rusiya və Çinin müdaxilə və təsir məqsədli hibrid hərəkətlərinin əsas hədəfidir.

Jurnalist bildirir ki, bu məsələdə Çinin və Rusiyanın taktikaları fərqlənir:

"Rusiyanın fəaliyyəti əsasən siyasi səciyyə daşıyır və demokratik təsisatlara inamın sarsıdılmasına yönəlib. Çinin başlıca diqqəti iqtisadi məsələlərdir”.

Hesabatda deyilir ki, bütün bunlar gələn il xanım Merkeli əvəz edəcək yeni alman lider tərəfindən diqqətlə öyrənilməlidir.

Çin Almaniya biznesini ələ alır

“Rusiya və Çin Almaniyada” adlı hesabatda deyilir ki, əslində Almaniyanın üzləşdiyi çətinliklər qlobal çətinliklərin bir növ mikrokosmudur.

Sənəddə qeyd olunur ki, ABŞ prezidenti Donald Trump-ın prezidentliyinin dördüncü ilində artıq Almaniyanın öz təhlükəsizliyinin qorunmasında Birləşmiş Ştatlara bel bağlaya bilməyəcəyi daha bariz şəkildə məlum olub.

Kampfner Almaniyanın Çinin ixracatından getdikcə daha çox asılı vəziyyətə düşməsini və Çinin Almaniya şirkətlərinin rəhbərliyinə sahiblənməsini müşahidə edib.

Jurnalist deyir ki, Berlin bu proseslərə gec də olsa reaksiya verir, lakin biznes dairələrinin təzyiqləri ilə üzləşir.

Söhbət ilk növbədə Almaniyada Mittelstand adı ilə tanınan ortaölçülü şirkətlərdən gedir.

Putin almanları Rusiyanın SSRİ olmadığna inandıra bilib

Rusiya tərəfindən təhlükəni kəskinləşdirən isə Almaniyanın bu ölkəyə coğrafi və xüsusilə də şərq əyalətlərindəki psixoloji yaxınlığıdır.

Hesabatda deyilir ki, prezident Vladimir Putinin mükəmməl təbliğat maşını Şərqi Almaniyanın nəzərində Rusiyanı Sovet İttifaqının irsindən ayıra bilib.

Kampfner bu barədə yazır:

"Rusiya öz strateji məqsədləri üçün Almaniyanın siyasi partiyalarından istifadə edir. Onun iki ekstremist partiyaya – sağ təmayüllü Almaniya üçün Alternativ və sol təmayüllü Die Linke partiyalarına dəstəyi və təsiri bütün Almaniya boyunca davamlı şəkildə artır”.

Xanın Merkel Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən bəri Moskvaya qarşı güclü müqavimət cəbhəsi yarada bilib və Avropa İttifaqının Rusiyaya yönəlik sanksiyalarının hərəkətverici qüvvəsinə çevrilib.

Hesabatda deyilir ki, Donald Trump və Angela Merkel arasındakı əsəbi münasibətlər almanlarındüşüncəsində ABŞ və Rusiyanın bərabərləşməsi ilə nəticələnib.

Hesabatda qeyd olunur ki, Avropa və Qərb sabitliyinin gələcəyini üç böyük hadisə formalaşdıracaq: ABŞ-da prezident seçkisi, böyük bir ehtimalla xanım Merkelin Xristian Demokrat Partiyasından yeni kanslerin seçilməsi və Almaniyada növbəti ümumi seçkilər.

XS
SM
MD
LG