Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:40

Lukashenka parlamentin iclasını çağırıb


Belarusda etirazçı, arxiv fotosu
Belarusda etirazçı, arxiv fotosu

Ötən həftə siyasi opponentləri prezidentə daha artıq meydan oxumağa başladılar. O isə avqustun 3-nə parlamentin fövqəladə toplantısı çağırdı

Avqustun 3-də Minskdə ölkənin avtoritar prezidenti Alyaksandr Lukashenka-nın çağırışı ilə parlamentin fövqəladə iclası başlanıb. Avqustun 9-da ölkədə prezident seçkisi keçiriləcək.

Lukashenka-nın sözçüsü Natallya Eismant avqustun 2-də deyib ki, prezident parlamentdə çıxış edəcək, 4-də isə xalqa müraciət edəcək.

Ötən həftə siyasi opponentləri prezidentə daha artıq meydan oxumağa başladılar. O isə avqustun 3-nə parlamentin fövqəladə toplantısı çağırdı.

Prezident parlamentdə apreldə çıxış etməliydi, koronavirus pandemiyasına görə təxirə salındı.

Nümayəndələr Palatası və Respublika Şurasının birgə iclasını parlamentin aşağı palatasının sədri Uladzimer Andreychanka açıb.

Müxalifət namizədi də çıxış etmək istəyir

Müxalifətdən prezidentliyə namizəd Svyatlana Tsikhanouskaya iyulun 28-də deyib ki, parlamentin hər iki palatasına, Mərkəzi Seçki Komissiyasına, milli televiziya və radio korporasiyasına müraciət edərək onun da Lukashenka ilə eyni gündə xalqa və parlamentə müraciət etməsinə şərait yaradılmasını istəyib.

“Hər ikimiz prezidentliyə namizədlərik və Konstitusiyanın 73-cü maddəsinə görə, prezidentliyə namizədlərin bərabər hüquqları və məsuliyyətləri var. Biz fikirlərimizi ifadə edirik və bunlar nəzərə alınmalıdır”, – Tsikhanouskaya vurğulayıb.

Tsikhanouskaya son həftələr seçki yürüşlərinə onminlərlə tərəfdarını yığa bilib.

Belarusun Milli Assambleyasının həqiqi gücü böyük deyil, əsasən hazır qanunları qəbul edir.

Ölkədə siyasi sistem 1994-cü ildən bəri Lukashenka-nın əlində cəmləşib.

Son vaxtlar onun altıncı müddətə prezident postuna seçilməsinə dirəniş artır, onminlərlə insan müxalifətin yürüşlərinə qatılıb.

XS
SM
MD
LG