Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:00

Siyasi məhbus siyahılarında nə var, nə yox?


Bu ilin əvvəlindən ölkədə siyasi məhbus sayılan şəxslərin sayının artdığı bildirilir. Yerli hüquq müdafiəçilərinin sözlərinə görə, bu problemin kəskinləşməsi isə özünü ən çox 14-15 iyul hadisələri (onda orduya dəstək aksiyası zamanı yaşanan olaylardan sonra cinayət işi açılıb, həbs edilənlər olub ) zamanı göstərdi.

Sülh və Demokratiya İnstitutunun (direktoru keçmiş məhbus Leyla Yunusdur, hazırda mühacirətdədir) bu il avqustun 5-də açıqladığı siyahıya görə, ölkədə siyasi məhbus sayı 192 nəfərə kimi yüksəlib.

Leyla Yunus - Sülh və Demokratiya İnstitutunun direktoru
Leyla Yunus - Sülh və Demokratiya İnstitutunun direktoru

Bu rəqəm həmin təşkilatın 2019-cu ilin iyununda açıqlanan siyahısı ilə müqayisədə 85 nəfər çoxdur. Qurumun həmin vaxt açıqladığı siyahıya görə, onda siyasi məhbus sayı 107 nəfər idi.

İyulun 14-də keçirilən orduya dəstək aksiyasından sonra təkcə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasınının (AXCP) 15-dən çox fəalının bu işlə bağlı açılan cinayət işinə cəlb edildiyi, onların barəsində həbs-qəti imkan tədbirinin seçildiyi bildirilir.

Amma Azərbaycanda siyasi məhbuslarla bağlı hüquq müdafiəçilərinin vahid siyahısı yoxdur. Adətən ölkədəki siyasi məhbuslarla bağlı bir neçə siyahı hazirlanır və onların arasında fərq olur.

“Siyasi məhbus sayı artacaq”

İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərli isə Azadlıq Radiosuna deyib ki, 2020-ci ilin iyununda onların açıqladığı siyahıda siyasi məhbus sayı 107 nəfər olub.

Rəsul Cəfərli - İnsan Haqları Klubunun rəhbəri
Rəsul Cəfərli - İnsan Haqları Klubunun rəhbəri

R.Cəfərli düşünür ki, siyasi məhbus sayı artacaq. Onun qeyd etməsinə görə, 2019-cu ilin martında 50 nəfərə yaxın siyasi məhbusun əfv olunması ilə bu say 100 nəfərə qədər enmişdi, indi artım yüksəkdir və 150 nəfərə qədər qalxa bilər :

“Yəqinki, məhkəmə prosesləri başa çatdıqdan sonra siyahılar yeniləcək, yeni siyahılar ortaya çıxacaq” deyə hüquq müdafiəçisi bildirir.

Amma rəsmilər isə ölkədə siyasi məhbusların olması fikirini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

“Əminəm ki, hər bir məsələdə qanunun aliliyi tam təmin ediləcək”

Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov də bu həbslərin siyasi motivli olması haqqında deyilənləri əsassız sayır.

“İstintaq prosesi davam edir və burada söhbət hansısa konkret bir qurumun və ya siyasi partiyanın üzvlərindən getmir. Həmin hadisələrdə iştirak etmiş adamalardan gedir”, deyə o mövzu ilə bağlı “ Turan” agentliyinə deyib.

S.Seyidova görə, hər hansı bir siyasi qurumun və ya təşkilatın üzvü bu hadisələrlə bağlı saxlanıbsa, onun nəticəsində belə bir qənaətə gəlmək olmaz ki, bu iş məhz həmin siyasi partiyanın üzvlərinə qarşı aparılır. “Odur ki, bu baxmdan istintaq gedir. Əminəm ki, hər bir məsələdə qanunun aliliyi tam təmin ediləcək”, deyə deputat S.Səmədov bildirib.

Azərbaycanda siyasi məhbus məsələsi zaman-zaman AŞPA-nın diqqət mərkəzində olub.

Bu qurumda İslandiyadan olan deputat Sunna Evarsdoft 2018-ci ilin yayından Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edilib.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib. Amma yürüşün sonunda müxtəlif olaylar yaşanıb.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.Bu olaylarla bağlı cinayət işi açılıb. Amma rəsmilər konkret nə qədər adamın saxlandığı, onlardan nə qədərinin həbs edildiyini açıqlamayıb.

Amma yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, həmin olaylarla bağlı 70 civarında şəxs saxlanb. Onlardan 25 nəfərdən çoxunun cinayət işinə cəlb edildiyi, haqlarında həbs-qəti imkan tədbiri seçildiyi bildirilir. Elə onlardan 15-dən çoxunun da AXCP üzvü olduğu qeyd edilir.

Bu cinayət işi üzrə həbs olunanlara, əsasən özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə ümumiyyətlə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG