Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:38

Latın Amerikası potensial vaksinləri əldə etməyə çalışır


Arxiv fotosu
Arxiv fotosu

Braziliyanın Parana ştatı avqustun 12-də Rusiyanın qalmaqallı vaksinini sınaqdan keçirərək istehsal etməklə bağlı saziş imzalayıb

Braziliya, Argentina və Meksika potensial koronavirus vaksinlərinə çıxış əldə etməkdən ötrü sazişlər bağladıqlarını açıqlayıblar. Latın Amerikası hazırda virusun tüğyan etdiyi məkanlardandır.

Braziliyanın Parana ştatı avqustun 12-də Rusiyanın qalmaqallı vaksinini sınaqdan keçirərək istehsal etməklə bağlı saziş imzalayıb. Amma rəsmilər öncə vaksinin təhlükəsizliyinin və effektinin təsdiqlənməli olduğunu deyirlər.

Saziş öhdəliklər qoymur

Rusiya Sputnik V vaksininin dünyada ilk olduğunu deyir, səhiyyə ekspertləri isə onun qeydiyyatdan keçirilməsi qərarını mübahisələndiriblər. Çünki vaksin hələ 3-cü mərhələdən, insanlar üzərində irimiqyaqlı sınaqdan keçməyib. Vaksinlə bağlı elmi məlumatları isə müstəqil tibb ekspertləri nəzərdən keçirməyib.

Parana Texnologiya İnstitutu bildirib ki, vaksin sınaqdan çıxandan sonra 2021-ci ilin ikinci yarısında istehsalı başlana bilər.

“Bu, texnoloji mübadilə üzrə çox obyektiv anlaşma memorandumudur. Öhdəliklər qoymur, sadəcə, birlikdə işləməyimizə imkan yaradır”, – institutun rəhbəri Jorge Callado deyib.

Onun sözlərinə görə, Rusiya 1-ci və 2-ci faza sınağının nəticələrini ştatla paylaşacaq və anlaşma bundan ibarətdir ki, hələ vaksinin sınağı 3-cü mərhələdədir.

Rusiya səfirliyi oxşar anlaşma memorandumunu Bahia ştatıyla da müzakirə etdiyini bildirir.

Braziliya özü də bir neçə potensial koronavirus vaksinini sınaqdan keçirir, iki eksperimental 3-cü faza mərhələsi aparılır. Vaksinlərdən biri Oksford Universiteti tərəfindən AstraZeneca farmaseptik şirkətilə, digəri isə Çinin Sinovac Biotech laboratoriya tərəfindən hazırlanır.

Braziliya yoluxma və ölü sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir, 3,1 milyondan çox yoluxma, 104 min ölüm qeydə alınıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada COVID-19 pandemiyasına qarşı 150-dən artıq vaksin hazırlanma və sınaq mərhələsindədir, 25-nin insanlar üzərində klinik sınağı aparılır.

Vaksin yarışı qızışır

Hazırda qlobal vaksin yarışması vüsət almaqdadır, bir sıra ölkələr potensial vaksinlərə vaxtında, təhlükəsiz çıxış əldə etməyə çalışır. Bir sıra ölkələr potensial vaksinlər hələ qeydiyyata alınmamışdan dozalarını istehsal edirlər ki, onu daha sonra vaxtında paylaya bilsinlər.

Argentina və Meksika elan edib ki, AstraZeneca şirkətinin potensial vaksinini Latın Amerikasının böyük hissəsi üçün hazırlayacaq.

Argentina Prezidenti Alberto Fernandez-in sözlərinə görə, bu iki ölkə Latın Amerikası üçün istehsalı idarə edəcək və “bu regionda bütün ölkələrin dərmana vaxtında və effektiv çıxışına imkan verəcək”.

Bu açıqlamadan bir gün öncə Meksika ABŞ-ın Johnson & Johnson tibb şirkəti və Çinin iki şirkətilə COVID-19 vaksinlərinin son mərhələdə klinik sınaqlarını keçirməklə bağlı anlaşma memorandum imzalayıb. Sınaqlar sentyabrda və yanvarda başlana bilər.

Dünya üzrə virus 750 minədək insanın həyatın son qoyub, 20,5 milyon yoluxma təsdiqlənib.

Ümumi statistikanın 25 faizə qədəri Latın Amerikasının payına düşür.

XS
SM
MD
LG