Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Belarusun müxalifət lideri fəhlələri tətilə çağırır


Minskdə rəqs edən etirazçılar, 20 avqust, 2020-ci il
Minskdə rəqs edən etirazçılar, 20 avqust, 2020-ci il

Svyatlana Tsikhanouskaya avqustun 21-də yaydığı videoda deyib: “Hamımız birlikdə olsaq, bu rejimin şansı qalmaz”

Belarusun aparıcı müxalifət lideri ölkənin dövlət fabrik və şirkətlərinin fəhlələrini tətili davam etdirməyə çağırır. Məqsəd Prezident Alyaksandr Lukashenka-nı yeni seçki keçirməyə vadar etməkdir.

Svyatlana Tsikhanouskaya avqustun 21-də yaydığı videoda əhalini tətilləri davam etdirməyə və genişləndirməyə çağırıb. “Qorxutma sizi aldatmasın. Hamımız birlikdə olsaq, bu rejimin şansı qalmaz”, – o, sözlərinə əlavə edib.

Son 10 gündə Belarusun ən böyük və əhəmiyyətli dövlət müəssisələrinin çoxunun iş ahəngi pozulub, fəhlələr Lukashenka-ya qarşı çıxan nümayişçilərə qoşulublar.

Cinayət işi açılıb

9 avqust seçkisində Lukashenka-nın 80 faizdən çox səs yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb. Minlərlə etirazçı saxlanıb, nümayişçilərə qanlı divan tutulub.

Belarus hakimiyyəti müxalifətin koordinasiya şurasına qarşı cinayət işi açıb
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

37 yaşlı Tsikhanouskaya digər potensial namizədlər, o cümlədən həyat yoldaşı həbs olunandan, ölkədən çıxmağa məcbur qalandan sonra seçkiyə qatılıb. Rəsmi nəticələrə görə, o, səslərin 10 faizindən azını yığıb, amma özü 60-70 faiz səs yığdığını iddia edir.

Tsikhanouskaya və tətilçilərin liderləri, müxalifət fəalları, mədəniyyət xadimləri birlikdə Lukashenka hökumətilə danışıqlar aparmaq üçün Koordinasiya Şurası təsis ediblər.

Lukashenka isə bundan imtina edərək şuranı çevriliş planlaşdırmaqda suçlayıb.

Avqustun 20-də Baş Prokurorluq cinayət işi açıldığını, şuranın milli təhlükəsizliyə təhdid törətdiyini bildirib.

Şura üzvləri isə ittihamları rədd edərək Belarus qanunvericiliyi çərçivəsində hərəkət etdiklərini bəyan ediblər.

Avqustun 21-də Koordinasiya Şurasının iki üzvü İstintaq Komitəsinə dindirilməyə çağırılıb.

ABŞ da “narahatdır”

Seçkidən sonrakı kütləvi etirazlar Lukashenka-nın 26 illik idarəçiliyinə ən böyük dirəniş sayılır. Seçkidən bir gün sonra ölkəni tərk etmiş Tsikhanouskaya sonradan yaydığı videomüraciətlərdə etirazçıları dinc yolla nümayişə səsləyib.

7 minədək etirazçı saxlanıb, nümayişlərin dağıdılması zamanı yüzlərlə şəxsin xəsarət aldığı bildirilir. Buraxılanlardan bəziləri saxlanma zamanı döyüldüklərini, dəhşətli vəziyyətdə saxlandıqlarını söyləyiblər.

ABŞ-ın Dövlət katibi Mike Pompeo avqustun 20-də deyib ki, Birləşmiş Ştatlar Belarus seçkisindəki “ciddi qüsurlar”dan dərin narahatlıq keçirir. Onun sözlərinə görə, Vaşinqton seçkidəki qanunsuzluqların, səsverməylə bağlı insan haqları pozuntularının müstəqil şəkildə araşdırılması çağırışlarını dəstəkləyir.

Pompeo Belarus hökumətini Belarus cəmiyyəti ilə “fəal işləməyə”, bunu həm də Koordinasiya Şurası vasitəsilə etməyə çağırıb.

Avropa Birliyinin mövqeyi

Avropa Birliyi (AB) seçkinin nəticələrini tanımayıb, tezliklə Lukashenka hökumətinə sanksiyalar tətbiq edəcəyini bəyan edib.

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sözçüsü avqustun 21-də yaydığı bəyanatda Belarus hakimiyyətini Koordinasiya Şurasına qarşı cinayət işini bağlamağa, əvəzində “mövcud böhrandan dinc yolla çıxmaq üçün dialoq aparmağa” səsləyib.

AB Şurasının Prezidenti Charles Michel avqustun 20-də tvitində yazıb ki, Lukashenka-nın yaxın müttəfiqi olan Rusiya Prezidenti Vladimir Putin-lə bir daha telefonla danışıb və ona deyib ki, Belarusdakı böhranın yeganə həlli “siyasi inklüziv dialoq və dinc və demokratik prosesdir”.

Michel telefon söhbətində onu da vurğulayıb ki, birliyin məqsədi etirazçılara qarşı zorakılığı dayandırmaq, ölkənin xaosa sürüklənməsinin qarşısını almaqdır. “Heç kəs Ukraynada baş verənlərin təkrarlanmasını istəmir”, – AB-nin adı çəkilməyən aparıcı rəsmisi “Reuters”ə deyib.

XS
SM
MD
LG