Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:44

Navalny-nı dəstəkləyənlərə naməlum kimyəvi maddə hücumu edilib


Aleksei Navalny
Aleksei Navalny

Sentyabrın 8-də Rusiyanın üçüncü böyük şəhəri olan Novosibirskdə müxalifət lideri Aleksei Navalny tərəfindən dəstəklənən müstəqil siyasi koalisiyanın ofisinə naməlum kimyəvi maddə atılıb.

İki naməlum şəxsin atdığı şüşə qab sınıb və onlarca adamın olduğu otağı kəskin turşu qoxusu bürüyüb.

Otaq tez bir zamanda təmizlənsə də, iki nəfər üçün təcili tibb yardımı çağırılıb.

Bu barədə məlumatı Navalny-nın Novosibirskdəki nümayəndəsi Yelena Moskovets verib.

Noskovets bildirib ki, kimyəvi hücum zamanı ofisdə könüllülərə parlament seçkilərinin monitorinqinə dair təlim keçilirdi.

Navalny qrupunun koordinatoru Sergei Boiko deyib ki, “bu hücum hakim Vahid Rusiya partiyasını xilas etməyəcək”.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

“Ağıllı səsvermə”

Bundan əvvəl Aleksei Navalny Sibirdən Moskvaya uçarkən özünü pis hiss etmiş ə təyyarə təcili endirilmişdi.

Daha sonra Navalny ailəsinin təkidi ilə Omsk şəhərindən Berlinə gətirilib.

Almaniya həkimləri Navalny-nın Noviçok maddəsi ilə zəhərləndiyini müəyyən ediblər.

Navalny sentyabrın 7-də komadan çıxıb və hazırda Berlinin Charlie xəstəxanasında müalicəsini davam etdirir.

Sovet zəmanəsində hazırlanmış Noviçok maddəsindən habelə 2018-ci ildə İngiltərədə keçmiş Rusiya casusu Sergei Skripala və onun qızına hücum zamanı istifadə olunmuşdu.

Rusiya hakimiyyət orqanları Navalny-nın zəhərlənməsinə dair iddiaları rədd edir.

Sentyabrın 13-də rusiyalılar ölkənin 20 regionunda qubernatorları və millət vəkillərini seçməlidirlər.

Novosibirsk şəhərindəki müxalif partiyalar seçki öncəsi vahid blokda birləşib.

Navalny-nın “ağıllı səsvermə” kampaniyası ölkə boyunca müxalifət qüvvələri tərəfindən dəstəklənir.

Navalny-nın yaxın yoldaşları Lyubov SobolLeonid Volkov AzadlıqRadiosuna deyiblər ki, ona qarşı kimyəvi silah hücumu məhz sözü gedən seçki kampaniyası ilə bağlıdır.

XS
SM
MD
LG