Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:54

Merkel xəstəxanada Navalnıya baş çəkib 


Almaniyanın Kansleri Angela Merkel Berlində xəstəxanada Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnıya baş çəkib. Avropalı ekspertlər siyasətçinin hərbi dərəcəli sinir qazıyla zəhərlənməsi qənaətinə gəliblər.

“Özəl səfər”

44 yaşlı Navalnı sentyabrın 28-də Twitter-də yazıb ki, bu “özəl səfər, ailə ilə söhbət idi”.

O, Merkelə 32 gündür qaldığı Charite xəstəxanasında ona baş çəkdiyinə görə “böyük

Aleksey Navalnı - Rusiya müxalifət fəalı
Aleksey Navalnı - Rusiya müxalifət fəalı

minnətdarlıq” bildirib.

Merkelin sözçüsü Stefen Seybet sentyabrın 28-də mətbuat konfransında qeyd edib ki, bu, “xəstəxanada Navalnının şəxsi ziyarəti” idi və görüşdən nə deyildiyi, nə qədər çəkdiyini açıqlamayıb.

Bir gün öncə Almaniyanın “Der Spiegel” dərgisi Merkelin Navalnını xəstəxanada “gizli” ziyarət etdiyini yazıb. Navalnı isə deyir ki, “görüş olub, buna heç kəs gizli deməməlidir”.

Rusiya Prezidenti Vladimir Putinin çoxdankı tənqidçisi olan Navalnı ötən həftə xəstəxanadan buraxılıb. Hazırda Almaniyadadır.

Siyasətçi avqustun 20-də Sibirdən Moskvaya gedərkən təyyarədə özünü pis hiss edib, üç həftəyədək süni komada qalıb.

Kreml təkzib edir

Omsk xəstəxanasında 48 saat qalandan sonra Navalnı Berlinə aparılıb. Rusiyalı həkimlər onda zəhərlənmə izinin aşkarlanmadığını deyirdilər.

Almaniya həkimlərinin tapdığı Noviçok izləri isə Fransa və İsveçrə laboratoriyalarında da müstəqil təsdiqlənib.

Navalnının yaxınları onu Kremlin agentlərinin zəhərlədiyini desələr də Rusiya hökuməti cinayət işi başlatmaqdan imtina edib.

Kreml Navalnını zəhərləmədiyini deyir, Almaniya, Fransa və İsveçdən onların nəticələri tələb edir.

Navalnı məsələsi Moskva və Qərbin münasibətlərini daha da pisləşdirib.

Almaniya Rusiya qazını bu ölkəyə daşıyacaq Şimal axını-2 layihəsinin ən böyük tərəfdarı idi. Amma Merkelə layihəni dayandırmaq üçün çağırışlar olunur.

XS
SM
MD
LG