Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Fransa Boz Qurd təşkilatını qadağan edəcəyini deyir


Gerald Darmanin
Gerald Darmanin

Fransa daxili işlər naziri bildirib ki, Türkiyənin ifrat millətçi Boz Qurd təşkilatı bu ölkədə qadağan olunacaq.

Nazir deyib ki, bundan bir neçə gün əvvəl keçirilmiş antierməni nümayişlərində zorakılıq və vandalizm aktları törədilib.

Bu nümayişlərin məhz Boz Qurd qrupuna bağlı olduğu düşünülür.

Daxili işlər naziri Gerald Darmanin noyabrın 2-də Boz qurdları “xüsusilə aqressiv qrup” adlandırıb.

Nazir deyib ki, həm də İdeliast Ürəklər kimi tanınan bu qrupun qadağan edilməsi məsələsinə noyabrın 4-də keçiriləcək hökumət iclasında baxılacaq.

Türkiyədə Boz Qurdları Devlet Bahcelinin ifrat millətçi Milli Hərəkət Partiyası (MHP) ilə bağlayırlar.

Bu partiya prezident Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası (AK) ilə müttəfiqdir.

RTE

Fransada bu təşkilatı bağlamaq məsələsi Lion və Qrenobl ərazilərində iki antierməni nümayişi keçirildikdən sonra qalxıb.

Fransa mediasında yayılan xəbərlərdə deyilirdi ki, Lionda 1915-ci il erməni qırğınına həsr olunmuş abidəyə qarşı vandallıq törədilib.

Abidənin üstünə Boz Qurd şüarları və RTE hərfləri yazılmışdı. RTE-nin açımının Recep Tayyip Erdoğan olduğu deyilir.

Bozq Qurdlar MHP-nin yaraqlı qrupu hesab edilir. Bu təşkilat özünün pantürkist və ifrat sağçı təmayülü ilə fərqlənir.

Bu da iddia edilir ki, onların əvvəllər Türkiyənin “dərin dövləti” və mafiyası ilə da bağlılığı olub.

Onlar 1970-1980-ci illərdə Türkiyədə solçulara qarşı zorakılıqlar törədiblər.

Bu qrupun üzvlərinin habelə kürd fəallarına hücumlar etdiyi və buna görə də guya dövlətdən dəstək aldıqları iddia olunur.

Azərbaycan faktoru

AzadlıqRadiosu yazır ki, son vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması ilə bağlı Fransadakı türk və erməni icmaları arasında gərginlik yaşanır.

Türkiyə bu münaqişədə müttəfiqi olan Azərbaycana güclü dəstək verir.

Bundan başqa son həftələrdə Türkiyə və Fransa arasında Suriya, Liviya münaqişələrindəki mövqelərinə, habelə Aralıq dənizində yaranmış böhrana görə qarşıdurma yaranıb.

Bu gərginlik Fransada bir müəllimin öz dərsində Məhəmməd peyğəmbərin karikaturalarından istifadə eetməsi, bu müəllimin öldürülməsi və rəsmi Parisin anti-İslam mövqeyini gücləndirməsindən sonra daha da artıb.

Bu ölüm hadisəsindən sonra Fransa prezidenti Emmanuel Makron peyğəmbərin karikaturasından istifadəni söz azadlığı kimi müdafiə etmişdi.

Fransa ümumiyyətlə İslam radikalizminə qarşı ən kəskin mövqe tutan Avropa ölkəsidir.

XS
SM
MD
LG