Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:36

Twitter, Facebook xəbər hesablarını bağlayır


İllüstrativ foto
İllüstrativ foto

Twitter-in bildirməsinə görə, hesablar “koordinasiya”ya qarşı siyasətin pozulmasına görə bloklanıblar, müstəqil görünərək oxşar kontent yayıblar, yaxud gizli avtomatlaşdırılmaış fəaliyyətlə məşğul olublar

Twitter və Facebook sosial şəbəkələri ABŞ-dakı seçki haqda informasiya yayan, əsasən sağmeylli xəbər hesablarını qapadıb. Sosial media platformaları öz siyasətlərinin pozulduğunu deyirlər.

Noyabrın 3-də bağlanan hesablardan bəzilərinnin yerləşdirdiyi kontent sonradan Rusiya mediasında sitat kimi istifadə olunub, yaxud onlara istinad edilib.

Səsvermənin təhlükəsizliyi...

Twitter-in bildirməsinə görə, hesablar “koordinasiya”ya qarşı siyasətin pozulmasına görə bloklanıblar, müstəqil görünərək oxşar kontent yayıblar, yaxud gizli avtomatlaşdırılmaış fəaliyyətlə məşğul olublar.

Twitter-də 78 mindən çox izləyicisi olan SVNewsAlerts tez-tez seçkiyə bağlı iğtişaşlar haqda xəbərdarlıq edib, səsvermənin təhlükəsizliyi məsələlərini işıqlandırıb.

Bu hesabda Demokrat partiyası ilə bağlı saxtakarlıq iddiaları səsləndirilib, Respublikaçı Prezident Donald Trampın seçki tədbirləri və nitqlərinə diqqət ayrılıb.

3 noyabr seçkisi günü isə az sayda böyük pozuntu haqda məlumatlar gəlib.

Twitter-in bağladığı digər hesablar içində FJNewsReporter, Crisis_IntelFaytuks var.

“Saxta davranış”

Facebook isə ABŞ-da mənzillənən SV NewsFJ News səhifələrinə bağlı bir neçə hesabı “saxta davranış”a görə bağladığını bildirib.

SVNewsAlertsFaytuks-un tvitləri Rusiyanın dövlət nəzarətində olan Sputnik və RT media orqanları tərəfindən dəfələrlə işıqlandırılıb.

ABŞ kəşfiyyat agentlikləri Rusiyanın 2016-cı ildə sosial media platformaları və digər vasitələrlə ABŞ-da seçki prosesinə müdaxilə etdiyini müəyyənləşdirib. Moskva isə ABŞ-da, yaxud digər ölkədə seçkiyə müdaxilə etmədiyini bildirir.

Sosial media platformaları bu dəfə seçki prosesilə bağlı dezinformasiya və manipulyasiya ilə mübarizə aparmağa çalışır.

Facebook, Twitter və YouTube şəbəkələri saxta informasiyanın yayılmasını önləmək üçün siyasət həyata keçirib.

XS
SM
MD
LG