Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:37

Yoluxmalar yenə rekord qırır


Arxiv fotosu
Arxiv fotosu

Seçki günü ABŞ-da 91 min 530 yoluxma təsdiqlənmişdi

Birləşmiş Ştatlarda koronavirusa yoluxma halları yeni rekordlar qırmaqdadır. Bir gün öncə ölkədə prezident seçkisi keçirilib.

Noyabrın 4-də COVID-19-a 99 min 600 yoluxma təsdiqlənib.

Yeddi günlük ortalama yoluxma göstəricisi 86 min 352-dir. Gündəlik ortalama ölüm halları da 15 faiz artaraq 846-ya çatıb.

Seçki günü isə ABŞ-da 91 min 530 yoluxma təsdiqlənmişdi.

Daha 100 min amerikalı ölə bilər

Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden Prezident Donald Trampı böhrana reaksiyasına görə kəskin tənqid edirdi. Ölkədə 9 milyondan çox yoluxma təsdiqlənib, 233 mindən çox xəstə vəfat edib.

Tramp isə COVID-19-un adi qripdən pis olmadığını deyir, administrasiyasının pandemiyanı düzgün idarə etdiyini bildirir. Prezident özü də oktyabrın əvvəlində koronavirusa yoluxdu və sağaldı.

Şimal-Qərb Universitetinin Qlobal Səhiyyə İnstitutunun icraçı direktoru Robert Mörfinin hesablamasına görə, Trampın vəzifə müddəti yanvarın 20-də bitənədək daha 100 min amerikalı virusdan vəfat edəcək, ölkə qabaqlayıcı tədbirləri gücləndirməlidir.

Bayden seçkini udarsa, COVID pandemiyası yeni administrasiya üçün ən böyük böhran olacaq. Hələlik, seçkinin qalibi elan olunmayıb, amma Bayden indilik öndə gedir.

Çin, Almaniya...

Virusun ötən ilin sonunda Çinin mərkəzindəki Vuhan şəhərində peyda olduğu bildirilir. Sonradan Çin virusu nəzarətə ala bildi, ancaq beynəlxalq ekspertlər hökumətin yoluxma və ölü sayı ilə bağlı rəqəmlərinə şübhə edirlər.

İndiyədək Çində 86 mindən çox yoluxma təsdiqlənib, 4 min 600-dən artıq xəstənin vəfat etdiyi bildirilir.

Noyabrın 2-dən qismən karantinə keçmiş Almaniyada noyabrın 5-də 20 min yeni yoluxma və 118 ölüm halı açıqlanıb. Robert Kox İnstitutu ölkədə indiyədək 10 min 930 nəfərin virusdan vəfat etdiyini bildirir.

Bu gündən Britaniya ölkə boyunca ikinci dəfə karantin rejiminə girib. Baş nazir Boris Consonun karantin elan etməsinə xəstəxanaların tezliklə COVID-19 xəstələri ilə dola biləcəyi haqda xəbərdarlıqlar səbəb olub.

Avstraliya hökuməti noyabrın 5-də elan edib ki, potensial vaksin istehsalçıları ilə daha iki razılaşma əldə edib. 25 milyon əhalisi olan ölkə üçün 134 milyon dozalıq vaksin təchizatı üzrə artıq razılaşma var.

XS
SM
MD
LG