Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:38

Ermənistan da ‘hamını hamıya’ dəyişməyi təklif edir


Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini qəbul edib
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini qəbul edib

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, dekabrın 2-də Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşündə əsir və itkinlərin məsələsini müzakirə edib.

Hökumətin mətbuat xidməti bildirir ki, görüş zamanı əsirlərin dəyişdirilməsi, itkinlərin axtarışı və meyitlərin mübadiləsi ilə bağlı məsələlər təfərrüatlı şəkildə müzakirə olunub.

Baş nazirin müavini bildirib ki, bu məsələlər Ermənistan hökumətinin gündəliyində prioritet sayılır və hakimiyyət bu prosesin sürətləndirilməsi üçün əlindən gələni edir.

Söhbət zamanı Avinyan deyib ki, Ermənistan tərəfi əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişməyi təklif edir.

O əlavə edib ki, əgər gələcəkdə tərəflərdən birində yenə də əsirlərin olması məlum olarsa, onlar dərhal və qeyd-şərtsiz qarşı tərəfə verilməlidir.

Azərbaycan dekabrın 1-də hərbi əsir və girovların “hamını hamıya” prinsipi ilə dəyişməyi təklif etmişdi.

Səfir Kopırkin bildirib ki, əsirlərin dəyişdirilməsi, itkinlərin axtarışı və həlak olanların meyitlərinin yaxınlarına verilməsi Rusiya Federasiyası ali hakimiyyətinin daim diqqət mərkəzindədir.

Tiqran Avinyan deyib ki, beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa maneəsiz girişi təmin olunmalıdır.

XS
SM
MD
LG