Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:43

Sosial mediada Qarabağ ‘döyüşləri’ni udan oldumu – Qərb mediası


Azərbaycan əsgərləri Talış kəndində
Azərbaycan əsgərləri Talış kəndində

Facebook yazılanların sosial medianın nifrət çıxışı qaydalarını pozduğunu bildirib. İstifadəçi isə bu qərardan şikayət verib, postda məqsədin mədəni və dini abidələrin dağıdılması olduğunu iddia edi

“Facebook” sosial şəbəkəsində silinmiş kontenti bərpa etmək üçün apelyasiya sistemi qurulub. “Reuters” agentliyi yazır ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi bu prosesin necə cəncəlli olduğunu üzə çıxarıb.

20 mindən çox nümunədən 6-sı

Ötən həftə Facebook Nəzarət Heyətinin ilk olaraq nəzərdən keçirdiyi kontent sırasında bu münaqişəylə bağlı bir post da olub.

Heyət əslində oktyabrda işə salınıb və 20 mindən çox nümunənin içindən altısını seçib.

Qarabağı itirdiyi üçün Ermənistan büdcəsi 20 faiz kiçiləcək- Ekspert
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Facebook əməkdaşları və süni intellekt gündəlik olaraq 1.6 milyarddan çox aktiv istifadəçinin postlarını idarə edir. Tənqidçilər ziyanlı və yanıldıcı kontentlə bağlı platformanın qaydalarının davamlı tətbiq edilməməsindən narazıdırlar. Facebook isə yeni nəzarət qurumunun fəaliyyətinə 130 milyon dollar ayırıb, bu işə bütün dünyadan hüquq ekspertlərini cəlb edib.

Baxışa təqdim olunmuş postda Bakıdakı tarixi kilsələr olduğu bildirilən fotolar yerləşdirilib, onların hara yoxa çıxdığı sorğulanıb. İstifadəçi yazıb ki, ermənilər məscidləri bərpa etdiyi vaxt Azərbaycanda kilsələr dağıdılıb. Postda Azərbaycan xalqı barəsində təhqiredici söz işlədilib.

‘Uduzan’ tərəf şikayətlənəcək

Facebook yazılanların sosial medianın nifrət çıxışı qaydalarını pozduğunu bildirib. İstifadəçi isə bu qərardan şikayət verib, postda məqsədin mədəni və dini abidələrin dağıdılması olduğunu iddia edib.

Bakıdan müstəqil siyasi təhlilçi İlqar Vəlizadə deyir ki, sentyabrda Azərbaycanla Ermənistanın təmas xəttində əməliyyatlar qızışandan Facebook-da iki ölkə istifadəçiləri arasında nifrət çıxışı da güclənib.

“Facebook müzakirələrdə məyusluğun artmasını tənzimləməyə, gərginliyi azaltmağa çalışır”, – o deyib.

“Reuters” yazır ki, bu məsələnin necə həll olunacağı hər iki ölkənin diqqət mərkəzindədir. Üstəlik, Facebook-un artıq sildiyi varianta istinad olunan post hələ də sosial mediada qalır.

Vaşinqton Universitetindən kommunikasiya üzrə professor Keyti Piərs deyir ki, qurumun qərarı çoxlarını məyus edəcək, çünki həm ermənistanlılar, həm də azərbaycanlılar Facebook administrasiyasının addımlarını qərəzli sayırlar.

“Nəticədən asılı olmayaraq, ‘uduzan’ tərəf şikayətlənəcək”, – o vurğulayıb.

Dezinformasiyaya meydan verildi

Keyti Piers “The Washington Post” qəzetində Dağlıq Qarabağ müharibəsi gedən vaxt iki ölkə vətəndaşlarının sosial mediada “döyüşməsi”ndən yazır.

Müəllif tərəflərin sosial mediaya yanaşmasını təhlil edərək yazır ki, Ermənistan liderləri internetdə fəal və əlçatan olublar, 2018-ci ilin demokratik inqilabı nəticəsində Nikol Paşinyan hakimiyyətə gələndə də bu müşahidə olundu. Ancaq Paşinyanın sosial mediaya başdansovdu yanaşması münaqişə haqda dolaşıq postlarla nəticələndi. Üstəlik, Ermənistan hakimiyyətinin koordinasiyalı davranmaması dezinformasiyanın qol-qanadını açdı.

Bunun əksinə olaraq, Azərbaycan hakimiyyəti altı həftəlik müharibə dövründə sosial media platformalarını bağladı, yaxud da çıxışı zəiflətdi, bunun “irimiqyaslı erməni təxribatlarını önləmək üçün” edildiyini bildirdi. Ancaq çevik istifadəçilər qadağaların öhdəsindən VPN-lər vasitəsilə gəldilər.

Kontekst iflası

“Azərbaycan rəsmiləri əvvəllər sosial mediadan rəsmi PR kanalı kimi istifadə edirdilər, rəsmi çıxışlardan onlarla tvit düzəldir, rəsmi kontenti Instagram və TikTok-a yerləşdirirdilər. Ancaq altı həftəlik müharibə dövründə rəsmilər təkmil qrafikadan, qeyri-rəsmi gerçək videolardan yararlanaraq izləyiciləri və platforma normalarını daha yaxşı anladıqlarını ortaya qoydular”, – müəllif yazır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan əraziləri “Twitter”də elan etdiyi, amma bu platformanın ölkədə çox da populyar olmadığı vurğulanır. Hakimiyyətin niyə bu platformanı seçməsinin bir səbəbi isə onun rejimin nəzarət ehtiyaclarına cavab verməsi ola bilər. Bir təhlilçinin gümanına görə, Əliyev ABŞ Prezidenti Donald Trampın Twitter-dəki fəaliyyətindən örnək götürüb.

Müəllif hər iki tərəfin kontekst iflası yaşadığını qeyd edir, çünki sosial mediada yayılan kontent hədəf auditoriyanın hüdudlarını aşır. Özəlliklə də ölkəiçi mesajları beynəlxalq və qarşı tərəf auditoriyaları da görüb. Bəzi təhlilçilər münaqişəni elə Paşinyanın təcrübəsizliyinin qızışdırdığını düşünürlər. Məsələn, onun Şuşada rəqs etməsini Azərbaycan prezidenti dəfələrlə çıxışında qəzəblə yada salıb.

Ordu niyə dörd rayonu da azad etmədi? İ.Əliyevin yaratdığı analitik mərkəzin sədri şərh edir
Gözlə

No media source currently available

0:00 0:36:44 0:00

Xatırlatma

Azərbaycan Azərbaycan bu il sentyabrın 27-dən noyabrın 9-dək 280 civarında kəndi, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı), dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz) işğaldan azad edib. Atəşkəsdən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyi döyüşlərdə 2 min 800-dək hərbçinin öldürüldüyünü, 100-dən çox itkin olduğunu açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG