Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:30

Ərdoğanın Bakıda oxuduğu şeir İranı qəzəbləndirdi


Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan paradı qəbul edirlər
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan paradı qəbul edirlər

Reuters agentliyinin xəbərinə görə İranın Xarici İşlər Nazirliyi dekabrın 11-də Türkiyənin bu ölkədəki səfirinə Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı etdiyi “müdaxiləçi” çıxışı barədə narazılığı bildirib.

Reuters yazır ki, Bakıya səfəri zamanı Türkiyə prezidneti “19-cu əsrdə Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsini əks etdirən şeir” oxuyub.

İran XİN-in saytında dərc olunmuş bəyanatda deyilir:

“Türkiyə səfirinə məlumat verilib ki, ərazi iddialarının və qəsbkar imperiyaların vaxtı keçib. İran onun ərazi bütövlüyünə kiminsə qarışmasına yol vermir”.

Bakıda Zəfər Paradı
Gözlə
Embed

No media source currently available

0:00 0:01:55 0:00

“Bizim sevgili Azərbaycanımız”

Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Twitter hesabından yazmışdı:

“Prezident Ərdoğan onun Bakıda oxuduğu yersiz şeirin İrandan qoparılan torpaqlardan bəhs etdiyi barədə məlumatlandırılmayıb”.

İranda çox sayda etnik azərbaycanlının yaşadığna işarə edən Zərif yazıb:

“HEÇ KƏS BİZİM sevgili Azərbaycanımız barədə danışa bilməz”.

Tehran Times qəzeti yazır ki, Zərif eyni tviti Twitter-də nadir hallarda istifadə etdiyi fars dilində də yazıb.

Məqalədə deyilir ki, Ərdoğanın oxuduğu şeir İranda sosial media istifadəçiləri arasında güclü əks-səda verib.

Qəzetin yazdığına görə bir çox istifadəçilər Türkiyə liderini İranın ərazi bütövlüyünə qarşı “yeni osmançılıq” ambisiyalarında ittiham ediblər.

İnsidentdən narazı qalan əsasən İranın keçmiş və indiki rəsmiləridir. Onlar Türkiyənin “qəsbkarlıq” siyasəti barədə xəbərdarlıq edirlər.

İsrailin dizaynı?

Tehran Times yazır ki, Bakıda keçirilən parad zamanı səsgucaldanlardan verilən şeirlərdə “Təbriz qalası” və “Savalan dağı”nın da adları çəkilib.

İranın keçmiş nəqliyyat naziri Abbas Axundi deyib ki, bütün bunlar Azərbaycan Respublikasının Türkiyənin regional qəsbkarlığı ilə həmrəy olduğunu nümayiş etdirir:

“Bütün bunlar Türkiyənin regional qəsbkarlıq siyasətlərini, Azərbaycan Respublikasının buna dəstək verməsini və bunun İsrailin dizaynı olduğunu nümayiş etdirir. Halbuki, Azərbaycan həmişə nəinki İran torpağının müdafiəçisi, həm də İran sivilizasiyasının təməl sütunlarından biri olub. Ərdoğanın hərəkəti pislənməlidir. Amma İranda belə şeylərə məhəl qoymayanlara nə demək olar?”

İran prezidenti Həsən Ruhaninin müşavirlərindən Hüsaməddin Aşina iddia edib ki, Ərdoğanın bu şeiri oxumasına görə məsuliyyəti Ankarada mənzillənmiş İran Araşdırmaları Mərkəzi daşıyır.

Müşavir bildirib ki, bəzi iranlıların fikrincə bu mərkəzin məqsədi İranı etnik ixtilaf salmaqla parçalamaqdır.

Poeziya heyranı kimi tanınan Türkiyə prezidenti Bakıdakı paradın açılışında “Laçın” adlı şeirdən bir parça oxumuşdu. Həmin şeirdə deyilirdi:

“Arazı ayırdılar,
Qum ilə doldurdular,
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar…
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın…”

XS
SM
MD
LG