Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:41

Paşinyanın partiyası ultimatumları ‘heç müzakirəyə də çıxarmadığını’ deyir


Yerevanda çadırlar qurulur, müxalifət Paşinyanı istefaya göndərməkdə israrlıdır
Gözlə

No media source currently available

0:00 0:10:03 0:00

Yerevanda çadırlar qurulur, müxalifət Paşinyanı istefaya göndərməkdə israrlıdır

Müxalifət dekabrın 22-ni “mübarizənin ən həlledici günü” elan edib, ümummilli tətilə çağırıblar

Ermənistanda hakim “Mənin addımım” fraksiyasından deputat Mariya Karapetyan müxalifətin hər hansı tələbinin qəbul ediləcəyini mümkünsüz saydığını deyib.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə xanım Karapetyan bildirib ki, hökumət binasının və prokurorluğun qapılarını bloklayan müxalifətin tələbi heç müzakirəyə də çıxarılmayıb.

Bundan əvvəl Daşnaksutyun partiyasının nümayəndəsi İşxan Saqatelyan onun təbirincə deyilərsə, bildirmişdi ki, dekabrın 22-də axşam saat altıyadək vəziyyətdən çıxış yolu tapılmalıdır.

Karapetyan bu barədə deyib:

“Mənim addımım fraksiyasının deputatları bu məsələnin müzakirəyə çıxarılmasını da müzakirə etməyiblər. Bu, müxalifətin 16-17 partiyasının dövlət hakimiyyəti orqanlarına, hakim qüvvəyə verdiyi ilk ultimatum deyil. Və mən öz mövqeyimizi bir daha təsdiqləməliyəm: ultimatum dilində siyasi dəyişikliklərə nail olunması cəhdləri əvvəlcədən iflasa məhkumdur”.

Müxalifətin dekabrın 22-də keçirilən mitinqində Saqatelyan baş nazir Nikol Paşinyanın istefasına nail olmağın bir neçə yollarından danışıb.

Bunlardan biri də Paşinyanın baş nazir vəzifəsindən Milli Məclis tərəfindən kənarlaşdırılmasıdır.

Saqatelyanın sözlərinə görə, müxalifət buna nail olmaq məqsədilə deputatlara təzyiqlərini artırır.

Formaca oxşar, məzmunca fərqli

Amma burası da var ki, parlamentdə Nikol Paşinyanın “Mənim addımım” fraksiyası mütləq çoxluğa malikdir.

Mariya Karapetyan bildirib ki, müxalifətin bugünkü addımları qeyri-demokratikdir:

“Bu, demokratiya alətlərindən demokratiyaya qarşı istifadə etmək cəhdidir. Biz buna yol verməyəcəyik”.

AzadlıqRadiosu müxbirinin “necə olur ki, 2018-ci ildə indiki hakimiyyətin nümayəndələrinin dövlət idarələrinin bloklanmasına çağırışı demokratiya idi, indi isə müxalifətin eyni hərəkəti demokratiya sayılmır” sualına Karapetyan belə cavab verib:

“Belə görünə bilər ki, formaca oxşarlıq var. Amma məzmun etibarilə fərq böyükdür. Mənim deyəcəyim birinci fərq 2018-ci ilin xalq hərəkatına qədər mövcud olan korrupsiya, mühacirət və ədalətin olmamasıdır...”

Yerevanın mərkəzində çadırlar qurulur

Artıq Yerevanın mərkəzindəki Respublika meydanında etirazçılar gecələmək üçün çadırlar quraşdırırlar.

Polis nümayişçiləri çadırları yığışdırmağa çağırır. Hökumət binasının yerləşdiyi meydana əlavə polis qüvvələri gətirilir.

AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti hazırda Yerevanın mərkəzində etiraz aksiyasının davam etdiyini xəbər verir. Meydana giriş bağlıdır. Etirazçılar hökumət binasını mühasirəyə alıblar.

***

Yerevanda müxalifətin mitinqi zamanı Daşnaksutyun partiyasının üzvü, “Vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan indiki hökumətin qərarlarının qanunsuz və dövlətçiliyə qarşı olduğunu elan edib.

O, müxalifətin növbəti addımlarını açıqlayıb:

“Adamların bir hissəsi burda qalacaq, bir hissəsi isə hökumətin binasını mühasirəyə alacaq. Çünki bu hökumətin antierməni, antidövlət fəaliyyəti daha bizə lazım deyil. Təxribata uymuruq, heç kəs bu binaya girməyə cəhd etməsin, çünki bu bizə lazım deyil. İsrarlı, davamlı və təşkil olunmuş iş sayəsində Nikol Paşinyandan dövlət sistemini bütünlükdə almalıyıq, növbə ilə, bir-birinin ardınca”.

***

Yerevanın mərkəzindəki Respublika meydanında “Vətənin xilası hərəkatı”nın mitinqi başlanıb. Bu hərəkat Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Daşnaksutyun partiyasının təmsilçisi Qeqam Manukyan bu gün bir qrup vəkilin onlara qoşulduğunu xəbər verib.

“İşıqlı Ermənistan” partiyasından Naira Zohrabyan bəyan edib ki, bu gündən başlayaraq Paşinyan istefaya gedənəcən hər gün itaətsizlik aksiyaları keçirəcəklər.

Qafanda gərginlik - dövlət sərhədinin çəkilməsi erməni əhalini təşvişə salıb
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

16 müxalifət partiyasını birləşdirən “Vətənin xilası hərəkatı” Dağlıq Qarabağ müharibəsinin nəticələrinə görə Paşinyanı məsul sayır. Onlar hakimiyyəti həm də müharibənin fəsadlarını aradan qaldıra bilməməkdə suçlayırlar.

Müxalifət qüvvələri Paşinyanın “müvəqqəti” baş nazirlə dəyişdirilməsini vacib sayırlar, özlərinin namizədini də irəli sürüblər. 1990-cı illərin əvvəllərində baş nazir və müdafiə naziri olmuş Vazgen Manukyanı bu postda görürlər. Manukyan baş nazir postuna təsdiqlənərsə, müvəqqəti keçid hökuməti bir il ərzində fəaliyyət göstərəcək, bundan sonra parlamentə vaxtından əvvəl seçki keçiriləcək, Manukyan və partiyası bu seçkiyə qatılmayacaq.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

***

Paşinyan ‘elita’nın intiqamından danışır

Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində ölkədəki siyasi vəziyyətlə bağlı fikirlərini paylaşıb.

“2018-ci il inqilabı nəticəsində hakimiyyətdən məhrum olmuş ‘elita’ intiqam almağa çalışır. Burda söhbət təkcə siyasi ‘elita’dan deyil, 2018-ci ilədək imtiyazları olan, sonradan bunlardan məhrum edilənlərdən gedir”, – o vurğulayıb.

Baş nazirin sözlərinə görə, 2018-ci il inqilabından sonra hakimiyyətdə olduğunu hesab edən xalq bu statusu itirmək istəmir. “Özü də indi, hakimiyyətin xarici təhlükəsizliyə fokuslandığı bir vaxtda bəziləri belə bir məntiqi işə salıblar ki, ‘mitinqə gəlməsən, işdən çıxarılacaqsan’”, – Paşinyan yazıb.

Əsl qarşıdurma...

O, hakimiyyətə 2018-ci ildə küçə etirazları nəticəsində gəlib. 10 il prezident postunda olmuş Serj Sarkisyan yeni təyin olunduğu baş nazir vəzifəsində bir neçə gün qala bilib, istefaya məcbur olub.

Paşinyan yazır ki, əsl qarşıdurma hökumətlə müxalifət arasında deyil, 2018-ci ildə imtiyazlardan məhrum olmuş “elita” ilə xalq arasında gedir.

“Ancaq istənilən halda həlledici söz xalqa məxsusdur, çünki xalq sözünü deyərsə, ‘elita’ heç nə eləyə bilməz. Əlbəttə, mən əlimdən gələni edəcəyəm ki, adamlar öz sözlərini demək imkanını əldən buraxmasınlar. Ancaq hazırda bizim üçün prioritet Ermənistanın və Artsaxın (Qarabağın) xarici təhlükəsizliyini təmin etməkdir. Bu hərəkətlər zamanı xarici təhlükəsizlik heç bir halda sual altına düşməməlidir”, – Paşinyan deyib.

Bu gün Paşinyanın istefasını tələb edən 16 müxalifət partiyası itaətsizlik aksiyaları keçirməyi planlaşdırırlar.

Onlar dekabrın 22-ni “mübarizənin ən həlledici günü” elan edib, ümummilli tətilə çağırıblar.

Bu gün müxalifət qüvvələrinin Yerevandakı Respublika meydanında mitinqi də gözlənir.

XS
SM
MD
LG