Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:27

Ermənistan səhiyyə naziri: Hər gün 30-dək meyit ekspertiza olunur


Erməni axtarış qruplarından biri
Erməni axtarış qruplarından biri

Müharibənin əvvəlindən bəri Ermənistanda məhkəmə-tibb ekspertizasına ümumilikdə 3450 meyit gətirilib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun verdiyi xəbərə görə bu barədə məlumatı hökumət müşavirəsindən sonra jurnalistlərlə söhbətində Ermənistanın yeni səhiyyə naziri Anait Avanesyan bildirib.

Avanesyan qeyd edib ki, hər gün 30-dək meyitin identifikasiyası üzrə ekspertiza keçirilir:

“Temp bir xeyli artırılıb və biz ümid edirik ki, bu məsələdə irəliyə doğru daha sürətli hərəkət edilməlidir”.

Yanvarın 20-də parlamentdə keçirilən hökumət saatında çıxış edən baş nazir müavini Tiqran Avinyan bildirib ki, döyüş sahəsindən çıxarılan 3439 meyitin 766-sı hələki identifikasiya olunmayıb.

Onun sözlərinə görə bu meyitlər hazırda DNT analizi mərhələsindədirlər.

“Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının “müharibənin sonundan bəri 2 ay yarım keçməsinə baxmayaraq hələ də müxtəlif rəqəmlərin səsləndirilməsinə” dair iradına cavab olataq Avinyan deyib:

“Mən sadəcə olaraq istəyirəm ki, qayda aydın olsun. Həlak olanların sayı 4 mini keçməməlidir. Müdafiə Nazirliyi itkin düşənlərin və əsirlərin siyahısını özünün yekun məruzəsində bildirəcək”.

Qazaxın 7 kəndi qaytarılır? Köçkünlər ümidlənib
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

"İndi artıq meyitlər tanınmaz vəziyyətə düşüb"

Azatutyun Dağlıq Qarabağın separatçı nümayəndəsinə istinadən yazır ki, hazırda axtarış-xilasetmə işlərinin gedişatında tapılan qalıqların əksəriyyəti tanınmaz vəziyyətdədir:

“Oktyabrın sonunadək meyitləri tanımaq olurdu. Amma indi, təəssüf ki, artıq tanımaq olmur. Bunlar əsasən sümük qalırlarıdır və onların kimə məxsus olduğu yalnız DNT analizi nəticəsində müəyyənləşdirilə bilər. Çox vaxt keçib, meyitlər tanınmaz vəziyyətə düşüb”.

Azatutyun bildirir ki, yanvarın 20-də Azərbaycan tərəfi döyüş yerlərində axtarış aparılmasına icazə verməyib, amma yanvarın 21-də bu iş bərpa olunub:

“Yanvarın 20-də axtarış Azərbaycan tərəfinə görə dayandırılıb. Azərbaycanlılar deyiblər ki, onlarda “Qara yanvar” matəmi günüdür. Bugün işlər bərpa olunub. Dörd axtarış-xilasetmə dəstəsi Hadrut yaxınlığındakı Draxtik (Zoğalbulaq – red) kəndi, Hadrut ətrafında və Cəbrayıl istiqamətində axtarış aparır”.

Azatutuyun xəbər verir ki, noyabrın 13-dən hərbçilərin və mülki şəslərin 1247 meyiti aşkar olunub.

XS
SM
MD
LG