Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:40

Navalnı fondunun vəkilini Rusiyadan zorla çıxarıblar


Rusiyada Navalnıya dəstək yürüşü
Rusiyada Navalnıya dəstək yürüşü

Losun deməsinə görə, Belarus polisi onu həbs etməyib, “təhlükəsiz” yerə getməsinə icazə verib.

Rusiyada müxalifətçi Aleksey Navalnının Antikorrupsiya Fondunun (AFK) Belarus vətəndaşı olan vəkili deyir ki, mülkigeyimli polislər onun başına torba keçirərək avtomobilə basıb, 10 saata sərhədə aparıb və Belarus hakimiyyətinə təhvil veriblər.

Uladzlen Los yanvarın 25-də YouTube-da yaydığı bəyanatda qeyd edir ki, Rusiya polisi ona bu ölkəyə girişinin beş illiyə qadağan olunduğunu bildirib.

Losun deməsinə görə, Belarus polisi onu həbs etməyib, “təhlükəsiz” yerə getməsinə icazə verib.

Moskva polisi yanvarın 1-də Losu saxlayaraq ona bildiriş təqdim etmişdi ki, yanvarın 25-dək Rusiyadan çıxsın.

Bundan bir gün sonra, Navalnıya dəstək aksiyaları ərəfəsində Losa polisə müqavimət ittihamıyla üç sutka həbs cəzası kəsilib.

Həmin gün Navalnının müttəfiqlərindən bir neçəsi saxlanaraq ya bir neçə sutkalıq həbs, ya da cərimə olunublar. Bununla hakimiyyət gözlənən nümayişlərin miqyasını məhdudlaşdırmağa çalışıb.

Yanvarın 23-də onminlərlə rusiyalı küçələrə çıxaraq Navalnıya azadlıq tələb edib.

Kremlin qatı tənqidçisi olan Navalnı yanvarın 17-də Almaniyadan qayıdarkən Moskvada aeroportda saxlanıb. O, avqustda sinir qazıyla zəhərlənmişdi, Berlində müalicə alırdı.

Navalnı zəhərlənməsini onu susdurmaqdan ötrü sui-qəsd cəhdi adlandırır, bunun arxasında birbaşa Prezident Vladimir Putinin dayandığını deyir.

Kreml isə insidentlə hər hansı bağlılığını rədd edir.

XS
SM
MD
LG