Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:29

COVID-19 və korrupsiya: Azərbaycan 30 bal aldı


Bakıda küçələr dezninfeksiya olunur, aprel, 2020-ci il
Bakıda küçələr dezninfeksiya olunur, aprel, 2020-ci il

Danimarka və Zelandiya indeksin başında yer tutublar, onlardan sonra Sinqapur və yeddi Qərbi və Şimali Avropa ölkəsi gəlir

Koronavirus pandemiyası Şərqi Avropa və Orta Asiyada “korrupsiyanın geniş yayıldığını” üzə çıxardı. Bu regionlarda “korrupsioner və avtoritar” liderlər hökumətin xərclərinə nəzarəti azaldıb, mülki azadlıqları məhdudlaşdırıb. Bu haqda Beynəlxalq Şəffaflıq (Transparency International - TI) təşkilatı yanvarın 28-də yaydığı illik hesabatında söz açır.

Hesabatda deyilir ki, regionda bəzi siyasi liderlər “böhrandan istifadə edərək hakimiyyətlərini gücləndirib, informasiyaya onsuz da məhdud çıxışa qadağalar əlavə edib, dövlət sifarişlərilə bağlı şəffaflıq tələblərini ləğv edib” və sairə.

Bütün bunların nəticəsində xarici yardımın şəffaflığı azalıb, yardımın göndərilən ünvanlara çatdırılmasını izləmək çətinləşib.

Azərbaycanın balı orta səviyyədən aşağıdır

Korrupsiyanı Qavrama İndeksi dövlət sektorunda korrupsiyanın səviyyəsinə uyğun hazırlanıb. Ölkələr 0-100 ballıq şkala ilə dəyərləndirilib, aşağı bal yığanlarda korrupsiyanın daha böyük olduğu bildirilir.

Qlobal orta bal 43 götürülüb.

Azərbaycan 30 balla 180 ölkə və ərazi içində 129-cu yerdədir. Qonşulardan Gürcüstan 56 balla 45-ci, Ermənistan 49 balla 60, Rusiya 30 balla 129, İran 25 balla 149-cudur.

Qurum bildirir ki, indeksdə öndə olanlar “tibbi xidmətə daha çox sərmayə qoyur, tibbi xidməti daha yaxşı təmin edə bilir, demokratik normaları, hüququn aliliyini daha az pozurlar”.

Azərbaycanda 'Tekfen'ə qapıları açan kimdir?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

“COVID-19 təkcə səhiyyə və iqtisadi böhran deyil. Bu, korrupsiya böhranıdır. Hazırda biz bunun öhdəsindən gələ bilmirik”, – Transparency International-ın sədri Delia Ferreira Rubio deyib.

Danimarka və Zelandiya indeksin başında yer tutublar, onlardan sonra Sinqapur və yeddi Qərbi və Şimali Avropa ölkəsi gəlir.

Belarus 2012-ci ildə 16 bal irəliləyib. Qırğızıstanın isə (31 bal) 16 pillə irəlilədiyi bildirilir.

Azərbaycanda hakimiyyəti təmsilçiləri ölkədə korrupsiya ilə intensiv mübarizə aparıldığını deyirlər. Hüquq və azadlıqların məhdudlaşdırılması ilə bağlı beynəlxalq tənqid və iradlar isə bir qayda olaraq rədd edilir.

XS
SM
MD
LG