Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:27

Liya Axecakova 'bəsdir susduq' deyir


L.Axecakova
L.Axecakova

Sovet dövründən tanınmış rusiyalı aktrisa Liya Axecakova Currenttime.TV-yə müsahibəsində deyir ki, daha susmaq vaxtı keçib. O hesab edir ki, etiraz aksiyalarına çıxmaq lazımdır. Onun özü səhhətinə görə 23 yanvar mitinqinə gedə bilməyib. Aktrisa bu yaxınlarda koronavirus keçirib.

""Mən siyasətə qarışmıram" deməyimiz bəsdir. Çünki o sənə qarışır. Ümumiyyətlə, indi əxlaqlı adam susmamalıdır", – Axecakova deyib.

Aktrisa müxalifətçi Aleksey Navalnının vətənə dönüşünü "nəhəng rəşadət" tələb edən hərəkət adlandırır: "Bu insan öz həyatını riskə atır. Başa düşürsünüz, o, ölümdən dirilib. Onlar onu öldürüblər, ancaq o özünün sonrakı əməlləri üçün dirilib. Şeremetyevoda deyirdi ki, bu gün son beş ayın ən xoşbəxt günüdür. ...Bu, əslində, bədbəxtlik olan anın xoşbəxtlik kimi hiss edildiyi andır".

Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən saxlanıb. O, avqustda Sibirdə zəhərlənəndən sonra Berlində müalicə alırdı. Müxalifətçi özünə sui-qəsdin arxasında birbaşa Putinin dayandığını deyir, Kreml isə iddianı rədd edir.

Bütöv bir nəsil

Axecakova hökumət nümayəndələrinin qorxu və təqiblərinin artıq mənasız olduğunu deyib: "Başa düşürsünüz, bu 20 ilə məktəblilərdən universitet tələbələrinədək bütöv bir nəsil yetişib. Bu, tamamilə başqa insanlardır. Onların beynini yalanlarla doldurmaq, qorxutmaq mənasızdır.

Mən Aleksey Anatolyeviçi Vnukovoda qarşılamağa gedənlərə baxdım. Oraya ...risk edib gedən yaşlı insanlar var idi. Hər şey onları o dərəcədə bezdirib...

...İndi əhalinin nəhəng zümrəsinin kor qalmağa, heç nəyə qarışmamağa üstünlük verməsinə fikir verməməliyik. Çünki babaların, anaların və nənələrin xüsusi yaddaşı var. Ağzını açan kimi heç nəyə görə ...basdırıldığın həmin o qorxunc terrorun yaddaşı. Bu insanlara fikir vermək lazım deyil. Bu 20 il ərzində yeni insanlarımız yetişib. Gələcək onlara məxsusdur.

Onların da belə cəsur, təhsilli, ağıllı, işini bilən, hər addımda özünə hesabat verən Aleksey Anatolyeviç kimi adamları var. Hər şey üst-üstə düşüb. Bu, həmin o qaynama nöqtəsidir ki, başlayıb. Artıq qaynayır. Allaha şükür.

Ancaq mən və yaşıdlarım ən çox Navalnıya görə qorxuruq. Biz ona görə çox qorxuruq", - o deyir.

Liya Axecakova aksiyaya qatıla biləcəyi halda hansı tələbləri irəli sürəcəyindən də danışıb: "Əvvəl məqsədim mənə əziz olan bu gözəl insanların arasında olmaq idi. Həmişə hiss etmişəm ki, məni tamamilə əziz insanlar əhatə edir".

'Putinin 100 milyardlıq sarayı'nda nələr var
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Gelencik sarayı

Aktrisa deyir ki, Navalnının Putinin böyük və bahalı sarayı haqda son araşdırma filminə baxmayan adam qalmayıb. Yalnız internetə çıxışı olmayanlar baxmayıb: "Başa düşürsünüz, bu nə qədər böyük hadisədir. Biz bunun hamısını bilirdik. 2014-cü ildən bilirdik ki, orada, Gelencikdə nəsə böyüyür, yetişir. Ekoloqlarımızı öldürürlər. ...Ancaq onun bu araşdırmasının özü o qədər istedadlı, ağıllı və düzgün hazırlanıb ki. Başa düşürsünüz, bu Gelencik sarayını əhatə edən, işin içində olan, ona sərmayə qoyan, öz kürəyi və sifəti ilə bu işi ört-basdır edənlərin böyük bir hissəsi deməkdir. Bu ki nəhəng bir "şərəf lövhəsidir".

Bu, əsl bombadır. Özü də elə detallara diqqətlə hazırlanıb ki, insanlarda şübhə qalmasın. Hər şey çox detallı. Hər şeyin öz adı, soyadı, yatırımların həcmi, insanların bu iyerarxiyada hansı yeri tutduğu göstərilib".

Belarusda baş verənlər haqda

Axecakova Belarusdakı hadisələri yaxından izlədiyini, çox narahat olduğunu deyib. Xüsusən Okrestinada baş verən dəhşətli hadisələrə münasibət bildirib. "O necə yerdir, adamlara işgəncə verir, alçaldır, əlil vəziyyətinə gətirirlər. Özü də özünü Belarusun rəhbəri seçmiş tək bir adamın əmri ilə. Əslində isə bunun adı faşizmdir. Baş verənlər və Belarusun güc əməkdaşlarının cəsarət etdiyi şey faşizmdir. O cür gözəl xalq! Bəlkə o orqanlarda işləyənlər heç belaruslu deyil? Söz tapmıram!

...Mən onlara inanıram. Bax o Polşaya köçən uşaqlar, Nexta. Mən oradan, ...Varşavadan bir veriliş gördüm. Mən onlarla fəxr edirəm, baş əyirəm.

Bu, kiçik, ancaq böyük ölkədir. Böyük xalqdır. Başdan-ayağa ziyalı, təhsilli insanlardır. Hamısı da ingiliscə danışır. Belarus, rus və ingilis dillərində", – deyə aktrisa Belarus xalqı haqqında fikirlərini ifadə edib.

XS
SM
MD
LG